Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat popkorn satan uşağı həyasız adlandırdı, vergi verməsini tələb etdi

Tarix: 07-05-2019 18:40     Baxış: 3253 A- / A+
Deputat popkorn satan uşağı həyasız adlandırdı, vergi verməsini tələb etdi

Milli Məclisin deputatı Rasim Musabəyov Bakıda yeraltı keçiddə popkorn satan uşağı həyasız adlandırıb və onun vergi ödəməli olduğunu istəyib.

Manevr.az-ın yeniavaz.com-a istinadən məlumatına görə, millət vəkili bununla bağlı özünün "Facebook" səhifəsində rus dilində paylaşım edib və paylaşımın altından popkorn satan uşağın şəklini paylaşıb.

O bildirib: "Bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat vəsaitinin xərcləndiyi "Azneft" meydanındakı yeraltı keçiddə popkorn satıcısı həyasızcasına yerləşib və yanıq qoxusu ilə bütün ətrafı iyləndirib. İcazəsiz işləyir, dövlətin elektrik enerjisindən pulsuz istifadə edir, vergi ödəmir. Bütün bunlar Bakı və rayon hakimiyyətinin onlarla işçisinin gözü qarşısında baş verir. Şəxsən satıcıya və keçidin nəzarətçisinə etdiyim irada hələ heç bir reaksiya yoxdur. Au... məmurlar, siz bunu görmürsünüz? Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kim tədbir görəcək?".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar