Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan vətəndaşları daha çox Türkiyədə istismara məruz qalırlar - HESABAT

Tarix: 30-04-2019 10:35     Baxış: 3193 A- / A+
Azərbaycan vətəndaşları daha çox Türkiyədə istismara məruz qalırlar - HESABAT

Ötən il Azərbaycanda 22 uşaq, 863 nəfər böyük insan alverinin qurbanı olub.

Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun “Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair” illik məlumatında qeyd edilib.

2018-ci ildə Azərbaycanda insan alveri qurbanlarının 812-si qadın, 73-ü kişi olub.

Ötən il ərzində insan alveri qurbanları arasında böyüklərin xüsusi çəkisi artıb. 2018-ci ildə insan alveri qurbanlarının 98 faizi böyüklər olduğu halda, 2017-ci ildə bu göstərici 71, 2016-cı ildə 70, 2015-ci ildə 63 faiz olub.

İnsan alveri qurbanlarının istismar olunduğu ölkələrin sırasında ilk yeri (70 faiz) Türkiyə tutur. İnsan alveri qurbanlarının 11 faizi Rusiyada, 9 faizi Birləşmiş Ərəb Əmirliyində, 6 faizi Azərbaycanda, 2 faizi Malayziyada, 1 faizi Pakistanda, 1 faizi İranda istismara məruz qalıb.

Ümumilikdə 2005-2018-ci illərdə insan alveri və məcburi əmək cinayətlərinə görə 543 nəfər məsuliyyətə cəlb edilib. Onların 81-i (15 faiz) kişi, 462-si (85 faiz) qadın olub.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar