Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qazın limiti ilə bağlı "Azəriqaz"dan MÜHÜM AÇIQLAMA

Tarix: 24-04-2019 19:13     Baxış: 3245 A- / A+
Qazın limiti ilə bağlı "Azəriqaz"dan MÜHÜM AÇIQLAMA

Əgər dövlət tərəfindən qazın limitinin iki dəfə artırılması və ya limitin ləğv olunması barədə qərar qəbul edilərsə, "Azəriqaz" bu qərarı icra edəcək.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev son günlər əhaliyə satılan qazın limitinin ləğv edilməsi və ya iki dəfə artırılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.

O, Azəriqaz İB-nin icraedici orqan olduğunu bildirib:

"Azərbaycan Respublikası Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpik tarifi ilə hesablanır.

Qazın limitinin ləğv edilməsi ilə bağlı qərarı da Tarif Şurası verə bilər. "Azəriqaz" icraedici orqandır. Dövlət tərəfindən hansı qərar qəbul olunacaqsa, onun icrası həyata keçiriləcək".

Qeyd edək ki, bundan əvvəl millət vəkilləri Fazil Mustafa və Qənirə Paşayeva Milli Məclisin iclasında əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış ediblər. İqtisadçı Vüqar Bayramov isə bildirib ki, mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar