Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəb direktorunu döyməkdə təqsirləndirilən aktyorun məhkəməsi başlayıb

Tarix: 10-04-2019 19:37     Baxış: 2142 A- / A+
 Məktəb direktorunu döyməkdə təqsirləndirilən aktyorun məhkəməsi başlayıb

Bu gün Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, digər təqsirləndirilən Toğrul İbrahimlinin vəkili məhkəməyə gəlməyib. Buna görə proses aprelin 17-dək təxirə salınıb.

Qeyd edək ki, martın 4-də Nizami Rayon Məhkəməsində aktyor Rza Rzayevin və 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevin məhkəməsinin ilkin hazırlıq iclası olub. Lakin hakim Ələddin Cəfərov işə baxmaqdan imtina edib. O bildirib ki, tərəflər arasında baş verən insidentin şahidi olub və obyektivlik təmin olunsun deyə özü-özünə etiraz qərarı verib. Cinayət işini başqa hakimin icraatına vermək üçün proses qeyri-müəyyən günədək təxirə salınmışdı.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən münaqişə dava ilə nəticələnib. Dava zamanı xəsarət alan Tural Mirzəliyev məhkəməyə müraciət edib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) və 221.1-ci (xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozma, zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. yeniavaz.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar