Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri sırasına daxil edilib –Beynəlxalq reytinq cədvəli açıqlandı

Tarix: 04-04-2019 18:46     Baxış: 3298 A- / A+
Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri sırasına daxil edilib

“Times Higher Education” ilk dəfə BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM-lər) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edərək “THE University Impact Rankings 2019” reytinq cədvəlini nəşr edib.

Bu barədə moderator.az-a ali məktəbdən məlumat veriblər.

2019-cu ildə nəşr edilən bu yeni reytinq cədvəlinə Azərbaycandan yeganə ali məktəb – Xəzər Universiteti daxil edilib. Xəzər universiteti “Təhsilin keyfiyyəti” üzrə «301+», “Sənaye, innovasiya və infrastruktur” üzrə isə 201-300-cü sırada qərarlaşıb. “Times Higher Education”in tarixində ilk dəfə Azərbaycandan bir universitet reytinq siyahısına daxil edilir. Reytinqin ilk nəşrinə 76 ölkədən 462 universitet salınıb.

Xəzər Universitetinin bu siyahıya daxil olması Azərbaycan təhsil sistemi adına böyük nailiyyətdir və universitetin tədris, tədqiqat və biliyin ötürülməsi sahəsində “Dayanıqlı İnkişaf Məqsədləri”nə dəstəyini təsdiq edir. BMT-nin DİM-ləri bütün ölkələrdə düzgün iqtisadi və sosial davamlı inkişafa nail olmaq üçün nəzərdə tutulmuş məqsədlərdir. Bunlar 2015-ci ildə daha yaxşı dünya yaratmağın yolunun əməkdaşlıqdan keçdiyini vurğulamaq məqsədilə BMT üzv ölkələri tərəfindən qəbul olunub.
Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri sırasına daxil edilib



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar