Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Lazım gəlsə, şalvarımı da çıxararam...” — Hafiz Hacıyev

Tarix: 13-03-2019 23:08     Baxış: 4190 A- / A+
“Lazım gəlsə, şalvarımı da çıxararam...”

Xəbər verdiyimiz kimi, ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat” qəzetinin “Facebook” səhifəsindəki canlı yayımda maddi durumunun aşağı vəziyyətdə olduğunu bildirib.
Manevr.az xəbər verir ki, partiya sədri canlı yayımda ayaqqabısını çıxardaraq ona müxalif mətbuatı maliyyələşdirdirdiyi ilə bağlı sual verən tamaşaçıya göstərib və bu sözləri deyib:

“Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır”.

Onun bu hərəkəti əksəriyyət tərəfindən birmənalı qarşılanmayıb.

H.Hacıyev açıqlama verərək bu hərəkətindən heç də peşman olmadığını dilə gətirib:

“Dünən canlı yayımda öz sözümü demişəm. Kim nə deyir, qoy desin. Çıxışım birmənalı qarşılanmayıb? Lap yaxşı. Mən də istəyirəm ki, çoxmənalı qarşılansın. Canlı yayımda ayaqqabımı çıxarmışam. Bundan peşman da deyiləm. Belə düşünürəm, belə də edirəm. Heç kimə hesabat verəsi deyiləm. Məni qınayanlar səhv edir. Yaxşı edirəm ayaqqabımı çıxarıram. Sabah lazım olsa şalvarımı da çıxardacağam. Onun kiməsə nə aidiyyatı var?”.
Maddi vəziyyətinin aşağı olmasından gileylənən Hafiz Hacıyev aylıq gəliri barədə də məlumat verib:
“Rüşvətxor, korrupsioner deyilik, malliyyə vəziyyətimiz gərgindir. Gəlir var ki, açıqlama da verək? Özümüz özümüzü zorla dolandırırıq”.anews.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar