Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ-də “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb - ŞƏKİLLƏR

Tarix: 12-03-2019 20:16     Baxış: 3244 A- / A+
Aİİ-də “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb - ŞƏKİLLƏR


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “Kitabevim.az” Kitab Mağazalar Şəbəkəsinin birgə təşəbbüsü ilə təşkil olunan “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Manevr.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunda 11 mart 2019-cu il tarixdə keçirilən mərasimdə rektor Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, dərin və hərtərəfli biliyə, praktik hazırlığa, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşünə və güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi istiqamətində ardıcıl təşkil olunan konfrans, seminar, layihə və proqramların xüsusi rol oynadığını nəzərə çatdırıb.

Rektor qeyd edib ki, İnstitutun əsas məqsədlərindən biri ümumbəşəri dəyərlərə dərindən yiyələnən, ailəsini, Vətənini, millətini sevən, onu daim ucaltmağa çalışan, müstəqil və yaradıcı düşünən, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələn tələbə mərkəzli ali təhsil ocağına çevrilməkdir. O, həmçinin bildirib ki, belə müsabiqələr gənclər arasında mütaliə mədəniyyətini formalaşdırır, kitaba olan sevgi və marağı artırır.

Müsabiqədə birinci yerin qalibi Aynur Qurbanova 463 səslə 50 AZN-lik kupon; ikinci yerin sahibi Qəzənfər Orucov 380 səslə 30 AZN-lik kupon; üçüncü yerin sahibi Gülüstan Şükürlü isə 355 səslə 20 AZN-lik kuponla “Kitabevim.az” Kitab Mağazalar Şəbəkəsinin müvafiq hədiyyələri ilə mükafatlandırılıblar. Müsabiqədə Aytac Əhmədzadə və Aliyə Tağıyeva həvəsləndirici mükafatlara layiq görülüblər.

Məlumat üçün bildiririk ki, “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” müsabiqəsi Aİİ-nin rəsmi instagram səhifəsində təşkil olunub. Müsabiqə dini dəyərlərimizin qorunması, mütaliəyə marağın aşılanması, maariflənmə və oxuma mədəniyyətinin təbliği, zənginləşdirilməsi və inkişafını qarşısına məqsəd qoyub.

Aİİ-də “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb - ŞƏKİLLƏR

Aİİ-də “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar