Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bayram süfrəsi üçün nə qədər pul xərclənməlidir? – İqtisadçı qiymətlərdən danışdı

Tarix: 10-03-2019 22:02     Baxış: 3239 A- / A+
Bayram süfrəsi üçün nə qədər pul xərclənməlidir? – İqtisadçı qiymətlərdən danışdı

5 nəfərlik ailə bayram süfrəsi üçün ən azından 121 manat 12 qəpik xərcləməlidir.

“2012-ci illə müqayisədə Novruz bayramının süfrəsi 1,64 dəfə bahalaşıb”.

Bu barədə iqtisadçı-alim Qubad İbadoğlu özünün bugünkü məqaləsində yazıb. Həmin məqaləni təqdim edirik:
Bayram süfrəsi üçün nə qədər pul xərclənməlidir? – İqtisadçı qiymətlərdən danışdı

“Martın 1-dən minimum əmək haqqının artımına dair sərəncam qüvvəyə minib, artımla hesablanan ödənişlərin bu ayın sonunda həyata keçiriləcəyi, eləcə də artırılmış social müavinətlər 1 apreldən sonra veriləcəyi gözlənilsədə, istehlak bazarında əsas ərzaq məhsullarının qiymətləri artıq ötən aydan bahalaşmaya başlayıb. Bu ay ərzində qiymət artırıcı amillər daha da fəallaşacağından bahalaşmanın miqyaslarının, təsir dairəsi və gücünün genişlənəcəyi şübhəsizdir. Minimum əmək haqqı və sosial müavinətlərin artımından faydalananlar qrupuna yalnız işləyənlər və yardım alanlar daxildirsə, qiymətlərin bahalaşmasından həm işləyənlər və həm də işsizlər ziyan çəkir. Odur ki, hazırdan Mərkəzi Bankın və hökümətin qarşısında duran başlıca vəzifə ant-inflyasiya tədbirlərini gücləndirmək olmalıdır.
Bayram süfrəsi üçün nə qədər pul xərclənməlidir? – İqtisadçı qiymətlərdən danışdı

Nəzərə alsaq ki, yaxın günlərdə vaxtı keçmiş borcların devalvasiya xərcinə görə kompensasiyaların ödənilməsinə də start veriləcək, onda qiymətlər mart-aprel ayında kəllə-çarxa qalxacaq. Qarşıdan gələn Novruzda bayram plovu bişirənlərin ən çox xərci kərə yağına çıxacaq. Belə ki, 2012-ci ildə 7 manat 80 qəpik olan “Ankor” yağı 2,1 dəfə, 1 kq-ı 6 manat olan mal ətinin qiyməti 2 dəfəyədək, 1 kq-ı 2 manat 60 qəpik olan quş ətinin qiyməti 1,5 dəfədən çox, 1 kq-ı 4 manat olan kişmişin qiyməti 1,5 dəfədən çox bahalaşıb. Bütövlükdə eyni adlı məhsullar üzrə bayram süfrəsninin dəyəri 2012-ci ildəki 73 manat 80 qəpikdən 121 manat 12 qəpiyədək, yəni 1,64 dəfə bahalaşıb”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar