Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cəfər Cabbarlının ev muzeyi ilə bağlı Yazıçılar Birliyi hərəkətə keçdi

Tarix: 03-03-2019 20:04     Baxış: 4281 A- / A+
Cəfər Cabbarlının ev muzeyi ilə bağlı Yazıçılar Birliyi hərəkətə keçdi

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyinin söküləcəyi yerində çoxmərtəbəli bina inşa ediləcəyi barədə informasiya yayılıb. Artıq tikinti şirkəti ilə alqı-satqı müqaviləsinin də imzalandığı bildirilir.

Manevr.az xəbər verir ki, modern.az məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinə müraciət edib.

AYB-nin mətbuat katibi Xəyal Rza açıqlamasında Cəfər Cabbarlının ev muzeyi ilə bağlı rəsmi müraciət edildiyini bildirib.

“Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi artıq Mədəniyyət Nazirliyinə məsələ ilə bağlı müraciət ünvanlayıb. Qeyd edim ki, təkcə AYB sədri Anar müəllim deyil, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin imzası ilə də rəsmi müraciət cənab nazir Əbülfəz Qarayevə göndərilib. Biz bundan çox təəssüf hissi keçiririk. Əgər yayılan məlumatlar doğrudursa, birmənalı şəkildə bunun qarşısı alınmalıdır”

Mədəniyyət Nazirliyinin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin rəhbəri Azadə Hüseynova bir neçə gün əvvəl nazirlikdə ev muzeyinin təmir işləri ilə bağlı məsələyəbaxıldığını, yazıçının bu ay qeyd ediləcək 120 illik yubileyinə kimi işlərin yekunlaşacağını söyləmişdi. Lakin indi nazirlik etiraf edir ki, ev muzeyi özəl şirkətə satılıb və söküləcək, yerində çoxmərtəbəli bina tikiləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar