Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməninin arvadı ərinin qətlini azərbaycanlıya sifariş edib

Tarix: 02-03-2019 11:01     Baxış: 5225 A- / A+
Erməninin arvadı ərinin qətlini azərbaycanlıya sifariş edib


Ötən gün Rusiyanın Ulyanovsk şəhərində andlılar məhkəməsi çoxdandır davam edən səs-küylü məhkəmə işi üzrə yekun qərar çıxarıb. Bu hökmə əsasən erməni biznesmen Amiran Aloyanın arvadı Lidiya Süleymanovanın (Aloyan) sifarişi ilə Azərbaycan vətəndaşı Sahib İbrahimov tərəfindən güllələndiyi sübut olunur.

2014-cü il oktyabrın 8-də erməni sahibkar (milliyətcə əslində yezidi kürdü olduğu ehtimal edilir) Amiran Aloyanı Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində, Svirsk küçəsindəki evinin qarşısında arvadının və böyük qızının gözləri önündə tüfənglə güllələyiblər.

İstintaqın versiyasına görə, bu qətli Aloyanın arvadı Lidiya sifariş etmişdi və Amirana məxsus çörək sexində işləyən azərbaycanlı Sahib İbrahimova 500 min rubl, 16 kalibrli ov tüfəngi verərək ondan ərini öldürməi istəmişdi. Habelə istintaqın gedişində məlum olmuşdu ki, Sahiblə Lidiya arasında intim münasibətlər də olub.

S.İbrahimov həbs edildikdən sonra müstəntiqlərə bütün təfərrüatları danışıb və sifarişi kimin verdiyini deyib. Amma daha sonra ifadələrindən imtina edib. 2018-ci ilin mayında Ulyanovsk vilayət məhkəməsi İbrahimova və Lidiya Aloyana bəraət verib. İbrahimov bu hökmdən sonra Rusiyanı tərk edib.

Amma prokurorluq hökmdən Rusiya Ali Məhkəməsinə protest verib və işə yenidən baxılıb. Nəhayət andlılar məhkəməsi Süleymanovanın və İbrahimovun Aloyanın qətlində günahkar olduqlarıbı təsdiqlənib. Süleymanova təcridxanaya göndərilib, İbrahimovun barəsində isə axtarışın elan olunacağı bildirilir.(Virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar