Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"UniBank"dan daha bir biabırçılıq - QARABAĞ ƏLİLİNİN BAŞINA OYUN AÇIR

Tarix: 12-08-2016 16:13     Baxış: 2490 A- / A+
"UniBank"dan daha bir biabırçılıq

Imişli şəhəri Nəriman Nərimanov küçəsi ev-98 ünvanında yaşayan və redaksiyaya elektron poçtuna şikayət məktubu ünvanlayan İsmayılova Zeynəb Əsədulla qızı, “Unibank”ın İmişli filialının rəhbərini ittiham edir. Eyni zamanda o, ölkə rəhbəri cənab İlham Əliyevdən, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevadan və Milli Bankın prezidenti cənab Elman Rüstəmovdan üz- üzə qaldıqları problemin həllinə köməklik göstərmələrini də xahiş edir.

DİA.AZ-ın məlumatına görə, o, yazmış olduğu məktubunda bildirir ki:

“Mənim həyat yoldaşım Hafiz Bəhmən oğlu İsmayılov ordumuzun zabiti olmuş, hal-hazırda Qarabağ müharibəsi əlilidir və başında, ayağında hələ də qəlpə yarası var. Biz “Unibank”ın İmişli filialından 21 fevral 2015-ci il tarixdə 604 manat (AZN-lə) kreditə pul götürdük və vaxtında da krediti ödədik. Kredit götürən zaman devalvasiya yox idi. Bank tərəfi bildirdi ki, krediti manatla veririk, manatla da ödəyərsiniz. Hətta, bununla bağlı bizə rəsmi sənəd verdlər və surətini sizə də göndəririk.

Bütün bunlara baxmayaraq, üç gün bundan əvvəldən başlayaraq “Unibank” İmişli şöbəsindən hər gün zəng edib bildirirlər ki, “sizə krediti dollarla vermişik, dollarla da ödəməlisiniz”. Belə olan halda həyat yoldaşım Qarabağ müharibəsi əlili olan Hafiz İsmayılovla birlikdə banka getdik. Düşündük ki, həyat yoldaşım Qarabağ müharibəsi əlilidir, bəlkə onun əlilliyinə hörmət etdilər. Amma, həmin vaxt bildirdilər ki, Hafizi döyüşə biz göndərməmişik. Hələ bu azmış kimi, filialın müdür isə, hədə ilə dedi ki, “biz sizə kredit yox, sələm vermişik, dollarla yeni 600 manat da ödəməlisiniz” dedi. O halda bildirdim ki, ölkə rəhbəri cənab İlham Əliyev övladı vətən yolunda şəhid olan ailələrin kredit borclarının silinməsi ilə bağlı göstəriş verdi. Dərhal müdir bildirdi ki, “Hafiz də şəhid olaydı, o halda onun da borcu silinəydi” dedi. Yenə də həyat yoldaşım bildirdi ki, axı “manatla götürülən kredit pulların manatla ödəniş edilməsi haqda qərar var” desə də, filialın müdiri bir daha vurğuladı ki, “o qərar bizim üçün deyil, get kimə istəyirsən şikayətini et”-dedi".

Daha sonra müraciətdə deyilir: "Odur ki, yazıb Sizdən xahiş edirik ki, bu cür məmur özbaşınalığına son qoyulması və “Unibank”ın İmişli filialı əməkdaşlarının bizim ailəni, Qarabağ müharibəsi əlilini bir daha narahat etməməsi üçün, aidiyyəti qurumlara müvafiq tapşırıqlarınızı verəsiniz".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar