Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Elnur Hüseynzadəni beynəlxalq axtarışa verdi

Tarix: 05-02-2019 22:39     Baxış: 2189 A- / A+
Azərbaycan Elnur Hüseynzadəni beynəlxalq axtarışa verdi
Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin əsgəri Elnur Hüseynzadə 1 fevral 2017-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçib.

Bu barədə Azərbaycan Hərbi Prokurorluğundan məlumat verilib.

Bu faktla əlaqədar Hərbi Prokurorluq tərəfindən 2017-ci il fevralın 2-də Elnur Hüseynzadəyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

17 fevral 2017-ci ildə Elnur Hüseynzadəni bu maddə ilə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb etmək barədə qərar verilib və onunla bağlı axtarış elan olunub.

Hərbi Prokurorluqdan həmçinin qeyd ediblər ki, Elnur Hüseynzadə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidməti dövründə öz intizamsız davranışı ilə fərqlənib və dəfələrlə xidmət yerini özbaşına tərk edib.

Xatırladaq ki, bu gün Ermənistan mətbuatı Elnur Hüseynzadənin iki il işğal olunmuş Dağlıq Qarabağda qoruma altında saxlandıqdan sonra azad edilməsi barədə məlumat yayıb. Separatçıların nümayəndələri Elnur Hüseynzadənin Azərbaycana qayıtmaqdan imtina etdiyini və üçüncü ölkəyə göndəriləcəyini bildiriblər. virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar