Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

İnam Kərimov dörd əsas fəaliyyət prinsipini açıqladı

Tarix: 18-12-2018 10:44     Baxış: 2150 A- / A+
İnam Kərimov dörd əsas fəaliyyət prinsipini açıqladı

Fermerlərin yetişdirdikləri məhsul əllərində qalmayacaq.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov bir neçə gün öncə dövlət başçısının fərmanı ilə yeni təsis edilən “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı danışarkən deyib.

Nazir bildirib ki, cəmiyyət öz fəaliyyətini dörd əsas istiqamət üzrə quracaq.

Nazir əlavə ki, fərman ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmağı, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemliliyini təmin edəcək:

“Cənab prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd əsas prinsipə əsaslanacağıq:

– aşağı qiymət və dövlət vəsaitinə qənaət etmək;

– keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat;

– ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək;

– çevik və şəffaf idarəetmənin təşkili.

Əsas funksiyalardan biri də yerli təchizatla yanaşı, ixraca dəstək göstərməkdir. Bu məsələdə gələn ilin yanvar ayında istifadəyə veriləcək elektron kənd təsərrüfatı sistemi əhəmiyyətli rol oynayacaq.

Fermerlərin sata bilmədikləri məhsulların dövlət ehtiyacları və digər məqsədlər üçün alımı prosesi daha təkmil şəkildə həyata keçiriləcək.

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin tam fəaliyyətə başlaması nəticəsində kənd təsərrüfatı məhsullarının ixrac potensialının artacağı gözlənilir.

Eyni zamanda, nazir “Kənddən şəhərə” layihəsinin də fermerlərin məhsullarının alıcı tapmasına yönəldiyini qeyd edib.

Onun sözlərinə görə, ölkədə əkin proseslərinin əvvəlcədən planlaşdırılmasına başlanacaq və bu da sonradan satışdakı problemlərin aradan qaldırılmasına imkan verəcək.İnam Kərimov dörd əsas fəaliyyət prinsipini açıqladı
Ä°nam Kərimov ile ilgili görsel sonucuFermerlərin yetişdirdikləri məhsul əllərində qalmayacaq.

Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov bir neçə gün öncə dövlət başçısının fərmanı ilə yeni təsis edilən “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı danışarkən deyib.

Nazir bildirib ki, cəmiyyət öz fəaliyyətini dörd əsas istiqamət üzrə quracaq.

Nazir əlavə ki, fərman ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmağı, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemliliyini təmin edəcək:

“Cənab prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd əsas prinsipə əsaslanacağıq:

– aşağı qiymət və dövlət vəsaitinə qənaət etmək;

– keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat;

– ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək;

– çevik və şəffaf idarəetmənin təşkili.

Əsas funksiyalardan biri də yerli təchizatla yanaşı, ixraca dəstək göstərməkdir. Bu məsələdə gələn ilin yanvar ayında istifadəyə veriləcək elektron kənd təsərrüfatı sistemi əhəmiyyətli rol oynayacaq.

Fermerlərin sata bilmədikləri məhsulların dövlət ehtiyacları və digər məqsədlər üçün alımı prosesi daha təkmil şəkildə həyata keçiriləcək.

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin tam fəaliyyətə başlaması nəticəsində kənd təsərrüfatı məhsullarının ixrac potensialının artacağı gözlənilir.

Eyni zamanda, nazir “Kənddən şəhərə” layihəsinin də fermerlərin məhsullarının alıcı tapmasına yönəldiyini qeyd edib.

Onun sözlərinə görə, ölkədə əkin proseslərinin əvvəlcədən planlaşdırılmasına başlanacaq və bu da sonradan satışdakı problemlərin aradan qaldırılmasına imkan verəcək.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar