Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: Dərslər başlamamış niyə ödəniş tələb olunur?

Tarix: 13-11-2018 17:48     Baxış: 3262 A- / A+
Deputat: Dərslər başlamamış niyə ödəniş tələb olunur?

Millət vəkili Qənirə Paşayeva parlamentdə büdcə müzakirələri zamanı çıxışında qeyd edib ki, Azərbaycanda autizimlə bağlı xüsusi bir proqramın həyata keçirilməsinə ehtiyac var.

Manevr.az xəbər verir ki, millət vəkilinin qeyd etdiyinə görə, autizm xəstəliyi olan uşaqların sayı daha da artmaqdadır:

“Ona görə bu məsələ büdcədə nəzərə alınmalıdır”.

Millət vəkili çıxışında təhsil kreditlərinin həm həcminin, həm də əhatə dairəsinin genişləndirilməsini təklif edib:

“Nəyə görə ödənişli əsaslarla oxuyan birinci kurs tələbələrindən tədris, dərslər başlamamış təhsil haqlarının hamısını ödəmək tələb olunur? Olmazmı ki, onlar da ikinci, üçüncü kurslardakı kimi, il boyu təhsil haqlarını ödəsinlər?

Axı, bir çox ailələr bu məsələdə ciddi çətinliklər çəkirlər?! Bəzən hətta övladları təhsillərini yarımçıq dayandırmaq məcburiyyətində qalırlar... Ona görə də hesab edirəm ki, bu məsələ, təhsil kreditləri məsələsi, nəhayət, həllini tapmalıdır. İnsanlarımızın buna ciddi ehtiyacı var”.

Q.Paşayevanın sözlərinə görə, orta məktəb müəllimlərinə sosial ipoteka ilə bağlı güzəştlərdən yararlanmaq imkanı verilməlidir./oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar