Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Oğlunun qatilini edamdan 1 dəqiqə öncə bağışladı - Gözlənilməz...

Tarix: 08-08-2017 09:25     Baxış: 4244 A- / A+
Oğlunun qatilini edamdan 1 dəqiqə öncə bağışladı

Allah-Təala Quranda qatili mümkün olduqda bağışlamağı çox üstün dəyərləndirir...
Ata oğlunu qətlə yetirmiş şəxsi onun edamına cəmi 1 dəqiqə qalmış bağışladı.

Manevr.az xarici İslam saytlarına istinadla yazır ki, gözlənilməz olay Səudiyyə Ərəbistanında baş verib. Bu ölkədə qəbul olunmuş şəriət qaydalarına görə, insan öldürmüş şəxsin başı zərərçəkmişlərin və yaxınlarının gözü qarşısında cəllad tərəfindən kəsilir. Bu dəfə oğlunun qatilinin başı artıq edam kötüyünün üzərində ikən ata gözlənilmədən cinayətkarı bağışladığını bəyan edib.

O, hətta qatilə bağışlanması qarşılığında heç bir şərt də irəli sürməyib. Bu minvalla edamı icra etməli olan rəsmi şəxslər mövcud qanunlara uyğun olaraq qatili birbaşa oradan azadlığa buraxıblar.

P.S. Allahın sonuncu Kitabı Qurani-Kərimdə gerçəkdən haqsız yerə insan öldürmüş şəxsdən qisas alınması, yəni onun öldürülməsi vacib buyurulmuşdur. Bunun əslində bütövlükdə insan cəmiyyətinin həyatının normal şəkildə davamı üçün faydalı bir hökm olduğu bildirilir. Lakin mümkün olduqda qatilin bağışlanması daha üstün əməl sayılır. Və bundan sonra öldürülmüş şəxsin bütün yaxınlarının qəlbindən qisas kinini çıxarması da vacib buyurulur:
“Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qan bahası müqabilində) bağışlanmış (qatil) iləadətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatildə) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qan bahası ilə əvəz etmək hökmü)

Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllükvə mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şiddətli əzab gözləyir!
Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz”(Qurani-Kərim, Bəqərəsurəsi, 178-179-cu ayələr).

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar