Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yol polisi maşında sudurqa keçirən uşağı belə xilas etdi -VİDEO

Tarix: 01-06-2017 09:09     Baxış: 5629 A- / A+
Yol polisi maşında sudurqa keçirən uşağı belə xilas etdi


Azərbaycanda yol polisi əməkdaşı avtomobildə ağır vəziyyətdə olan uşağın həyatını xilas edib.
Lənkəran rayonu ərazisində yol hərəkəti qaydasını pozan “Toyota Land Gruiser” markalı avtomobilin sürücüsü Fikrət Tağıyev Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşı, polis baş serjantı Hüseynov Mahiyəddin Mürsəl oğlu tərəfindən saxlanılıb. Lakin sürücü maşından düşən kimi avtomobildə xəstə uşaq olduğunu deyərək təcili kömək istədiyi üçün yol polisi cərimə yox, kömək edib. Belə ki, DYP əməkdaşı patrul maşını ilə həmin avtomobilin qarşısına keçərək onu müşaiyət edib və tez bir zamanda xəstəxanaya çatdırılmasına yardım göstərib.

Manevr.az-ın məlumatına görə, avtosfer.az-a açıqlamasında sürücü Fikrət Tağıyev bildirib ki, Lənkəranda hərbi xidmətdə olan övladına baş çəkməyə gedərkən yolda azyaşlı nəvəsi sudurqa keçirib və dili qatlanıb. Nəfəs alması çətinləşən uşağa heç kim yardım edə bilməyib: “Bu zaman məni yol polisi saxladı. Avtobusu ötərkən qayda pozmuşdum. Maşından düşən kimi polisə dedim ki, nəvəm içəridədir, dili qatlanıb, xəstəxanaya çatdırmaq lazımdır. O da dərhal mənim maşınımın qarşısına keçib öz maşını ilə yolu açdı ki, biz rahat və tez çataq. Dedi, yolu təmizləyəcəm, arxamca sür. Ora çatandan sonra uşağa bir saata yaxın tibbi müayinə göstərildi, özünə gəldi. Amma yol polisi yenə də bizi tək qoymadı. Uşaq çıxandan sonra da onunla maraqlandı, sonra sürüb getdi. Allah ondan razı olsun. Çox köməyi dəydi bizə. Həyatımda ilk dəfə idi ki, belə bir hadisə ilə qarşılaşırdım”.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, bu məsələ tam araşdırılıb və inspektorun xeyirxah iş gördüyü üzə çıxıb. Buna görə də, DYP rəhbərliyi Mahiyəddin Hüseynovu mükafatlandıracaq.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar