Sizin Reklam Burada
Xəbər lenti
30 may
29 may
BÜTÜN XƏBƏRLƏR

Politoloq etiraz etdi: Qərbi Azərbaycan mövzusu...

Tarix: 16-05-2020 10:41     Baxış: 448 A- / A+
Politoloq etiraz etdi: Qərbi Azərbaycan mövzusu...

Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasına barmaqarası baxmaq, tənqid etmək düşmən dəyirmanına su tökməkdir.

Manevr.az xəbər verir ki. bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsini tənqid edənlər haqqında danışarkən deyib. O bildirib ki, Qafar Çaxmaqlının təşəbbüsü ilə yaradılan Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikası geniş rezonans doğurub:

“Bu, hər şeydən öncə ciddi təbliğat imkanıdır və böyük ictimai dəstək qazanıb. Bununla belə, bu təşəbbüsü tənqid edən nadir insanlar da oldu. Çox təəssüf ki, bu gün cəmiyyətin ziyalı kimi tanıdığı bəzi şəxslər məsələyə dəstək verməkdənsə, bu təşəbbüsə barmaqarası baxır. Onlar bilməlidirlər ki, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasından ermənilər narahatdır və onların bu baxışı ermənilərin işinə yarayır”.

Politoloq qeyd edib ki, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikası Azərbaycanın danışıqlar masasında Ermənistana qarşı diplomatik üstünlüyinə dəstək verir:

“Ola bilər, bəzi insanlar Qafar Çaxmaqlının təşəbbüsünü doğru anlamayıb. Bu təşəbbüs ilk dəfə deyil ki, irəli sürülür. Yəni vaxtaşırı aktuallaşan əhəmiyyətli siyasi bir ideyadır. Bu təşəbbüsün Azərbaycan diplomatiyasına da böyük faydaları var. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Son 200 il ərzində İrəvan ərazisində azərbaycanlıların sayı sürətlə azaldılıb, ermənilərin sayı isə köçlərlə artırılıb. "Buxarest", "Ədirnə", "Gülüstan", "Türkmənçay" sülh müqavilələri ilə ermənilər Azərbaycanın qərbinə yerləşdirilib. Lakin bununla belə, 20-ci əsrin əvvələrində İrəvan ərazisində yenə də azərbaycanlılar üstünlük təşkil edirdi. Məhz 1920-ci ildən sonra müxtəlif vaxtlarda İrəvan ərazisindən azərbaycanlılar sürgün edilməyə başladı. Xüsusilə, 30-50-ci illərdə İrəvan ərazisindən Azərbaycana azərbaycanlıların iki böyük deportasiyası baş verdi. 1988-ci ildəki deportasiyadan sonra Ermənistan mono-etnik bir ölkə oldu. Bu hadisələr eramızdan əvvəl baş verməyib. Son 50 il ərzində baş verən hadisələrdir. Bu gün ermənilərin Dağlıq Qarabağda törətdiyi qırğınlara dair dəlil, sübutlar olduğu kimi, qərbi azərbaycanlıların da öz dədə-baba torpağından qovulmasına dair rəsmi sənədlər, faktlar, hətta vido-materiallar mövcuddur. Bütün bunlar danışıqlar masasında Azərbaycanın Ermənistan əleyhinə təqdim edəcəyi real faktlardır. İrəvandan azərbaycanlılar zorla köçürülməsə idi, Ermənistan Qarabağı heç də belə rahat işğal də bilməzdi. Bu gün qərbi azərbaycanlılar yenidən bu tarixi yaddaşı oyatmaq, siyasi qiymət verdirmək, ən əsası da haqlarını dünyaya duyurmaq istəyirlərsə, bunda qeyri-adi nə var?! Bu gün məsələni bəzi şəxslər elə təqdim edirlər ki, guya beynəlxaq ictimaiyyət bizə güləcək. Sayı 3 milyondan çox olan insanın tarixi torpaqlarından qovulması məgər gülməli hadisədir? Bəs ermənilər 50-60 min nəfər ilə bir milyon qarabağlıya qarşı soyqırım törədərkən dünyaya məzlumcasına səsini duyurması gülməli səslənmir? Biz bunu da yaşamışıq. Bu gün gülməli olan tək şey özünü ziyalı sayan bəzi insanların mətbuatda Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasını tənqid edən fikirlər səsləndirməsidir”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar