Sizin Reklam Burada
Xəbər lenti
26 may
25 may
BÜTÜN XƏBƏRLƏR

Ordumuz real müharibə hazırlığı keçir - Polkovnik

Tarix: 15-05-2020 10:21     Baxış: 339 A- / A+
Ordumuz real müharibə hazırlığı keçir - Polkovnik

Azərbaycan Silahlı Qüvvələrinin əsas vəzifəsi ərazi bütövlüyümüzü bərpa etmək və qorumaqdır. Bu gün Azərbaycan hər an aktiv hərbi əməliyyatlara başlaya bilər. Buna görə də Ordumuz müntəzəm keçirilən təlimlərlə aktiv döyüş şəraitinə hazırlaşır.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin keçirilməsi haqqında danışarkən deyib.

O bildirib ki, Azərbaycan müharibə şəraitində olan bir ölkədir və buna görə də müntəzəm olaraq təlim proqramları həyata keçirir:

“Mayın 18-dən 22-dək keçiriləcək təlimlərə 10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb edilib. Azərbaycan Silahlı Qüvvələrinin müvafiq döyüş planı var və bütün təlimlər də bu plana əsasən görülür. Yəni bu, qəfil baş verən bir təlim deyil”.

Polkovnik qeyd edib ki, bütün təlimlər kimi, mayın 18-dən 22-dək keçiriləcək təlimlərə də ciddi hazırlıq görülüb:

“Yəni burada iştirak edən şəxsi heyət təlimə qədər hazırlıq dövründən keçib. Təlimlərdə isə şəxsi heyətin bacarığı, hərbi texnikaların imkanları nümayiş etdirilir. Onu da qeyd edim ki, istər təlimlərin keçirilməsi, istərsə də döyüş planının tərtib edilməsi ötənilki nailiyyətlər və lazımi təcrübələr əsasında çox dəqiqliklə təşkil edilir. Bu da öz növbəsində Silahlı Qüvvələrin inkişaf etməsi və təkmilləşməsinə yönəlib. Bu, daimi gedən bir prosesdir”.

Polkovnik deyib ki, keçirilən hərbi təlimlərdə Ordumuzun qarşısında hər zaman fərqli hədəflər qoyulur:

“Bu gün Azərbaycan Ordusunun qarşısında torpaqlarımızı azad etmək kimi mühüm bir tapşırıq dayanıb. Buna görə də keçirilən hərbi təlimlərdə döyüş tapşırıqları bu yöndə, lakin fərqli formada verilir. Məhz buna görə də təlimlərin keçirildiyi ərazilər Ordumuzun real döyüşlər aparacağı ərazilərə uyğun təyin edilir. Təlimlər zamanı şərti düşmən hədəfi düşmənin real yerləşdiyi ərazi və ya təchizatı əsasında hazırlanır. Göründüyü kimi, bu təlimlər Ordumuzu real müharibəyə ən yaxşı şəkildə hazırlamağa yönəlib”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar