Sizin Reklam Burada
Xəbər lenti
04 iyun
03 iyun
02 iyun
BÜTÜN XƏBƏRLƏR

Başçısı həbs olunan rayonların deputatları istefa verəcək?

Tarix: 04-05-2020 14:36     Baxış: 4120 A- / A+
Başçısı həbs olunan rayonların deputatları istefa verəcək?

Respublikaçi Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib ki, icra başçıları həbs edilən rayonların deputatları könüllü istefa verməlidir.

O fikrini belə əsaslandırıb: “Birincisi, əgər prokurorluq onları bu qədər aşkar cinayətlərin törədilməsində şübhəli bilirsə və sən deputat olaraq indiyədək buna yaxın bir mövzuda ictimai çıxışlar etməmisənsə, istefa – sənin üzərinə düşən bir siyasi borcdur. İstefa ver, rayonda təzədən seçki keçirilsin. Yerli camaat səni haqlı bilərsə, deputat işini davam et.

İkincisi, ötən parlament seçkiləri haqda ATƏT-in yaydığı rəydə birbaşa deyilir ki, bir sıra yerli dövlət qurumları namizədlərə qanunsuz təzyiqlər göstərirdi və nəticədə onlar öz namizədliklərini geri götürürdülər. Bunu məhz hansı icra başçılarının etdihyini yazmasalar da, kriminal şəbəkə qurmaqda şübhəli bilinən icra başçıları şübhələnəcəyimiz bir nömrəli şəxslər olmalıdır. Beləliklə, həmin dairələrə aid deputatların üzərində istefa ikiqat siyasi borc kimi durur”.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyatlar nəticəsində Ağstafa, Neftçala və Biləsuvar rayonlarının icra başçıları həbs edilib.

Neftçalanın deputatı olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı yenisabah.az-a bildirib ki, İlqar Məmmədovun fikirlərini real hesab etmir. “Mən millət vəkili kimi təqsdiqlənəndə artıq icra başçısı həbs olunmuşdu. Digər tərəfdən İlqar Məmmədovun fikirləri real və ağlabatan deyil. Bu məsələlərin bir-birinə nə dəxli var axı? Millət vəkili gedib icra başçısı ilə yanaşı onun kabinetində oturmur və onun işinə nəzarət etmir”, - deyə Sabir Rüstəmxanlı bildirib.

Neftçalanın icra başçısı İsmayıl Vəliyev fevralın 21-də həbs edilib. Fevralın 9-da isə növbədənkənar parlament seçkiləri keçirilib. Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini martın 5-də təsdiqləyib.

Ağstafa və Biləsuvar rayonlarının deputatlarına gəlincə, onların fikrini öyrənmək mümkün olmayıb. Məlumat üçün deyək ki, Milli Məclisdə Ağstafanı Nizami Cəfərov, Biləsuvarı isə Bəhruz Məhərrəmov təmsil edir. Onu da qeyd edək ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev ötən ilin dekabrında, Biləsuvarın icra başçısı Mahir Quliyev isə 4 gün əvvəl, yəni aprelin 30-da həbs edilib.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar