Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Qarabağdan geri çəkilir: yeni situasiya... - Zülfüqarov

Tarix: 26-04-2020 14:38     Baxış: 4588 A- / A+
Rusiya Qarabağdan geri çəkilir: yeni situasiya...

Qarabağla bağlı son danışıqlar və digər davranışlardan məlum oldu ki, Rusiyanın köhnə strategiya və taktikasına uyğun olaraq konfliktlərin olduğu regionlarda sadəcə özünü göstərmək siyasəti var. Bütün bunlar ona işarə edir ki, Rusiya bundan sonra daha çox öz problemləri ilə məşğul olacaq. Cənubi Qafqazdakı münaqişələr də daxil olmaqla, konfliktlər artıq onun üçün əhəmiyyət kəsb edən məsələlərdən uzaq olacaq.

Manevr.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov teleqraf.com-a açıqlamasında deyib.

Diplomat xatırladıb ki, Rusiya üçün ciddi məsələ kimi Ukrayna və Belarus qalıb:

“Hesab edirəm ki, bütün güc və imkanlarını ora yönəldəcək. Zənnimcə, Mixail Saakaşvilinin Ukrayna hökumətinə dəvət edilməsi onu göstərir ki, Rusiyadan uzaqlaşma prosesləri daha da güclənəcək. Lukaşenko-Moskva əlaqələrinə də nəzər salmaq olar. Uzağa getməyək, elə Rusiya Baş naziri ilə Çeçenistan rəhbərliyi arasında olan münaqişə...

Bütün bunlar daxili böhranın göstəriciləridir. Belə vəziyyətdə Ermənistanın ambisiyalarını dəstəkləyən tapılacaqmı? Təbii ki, Sergey Lavrov istisna olmaqla. Mən buna inanmıram”.

Tofiq Zülfüqarov ehtimal edir ki, Rusiya Ukraynada, Abxaziya, Osetiya, Denstrayanı bölgədə, elə Qarabağ konfliktində tutduğu mövqedən tədricən geri çəkiləcək:

“Bu proses artıq görsənir. Abxaziyada gedən proseslər, Şimali Osetiyada olan hadisələr, Rusiya-Qazaxıstan arasında gərginliklərin meydana çıxması... Yəni yetərincə belə hadisələri saymaq olar. Bu mənada yeni şərait yaranırsa, ona uyğun yeni siyasət olmalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar