Sizin Reklam Burada
Xəbər lenti
09 aprel
08 aprel
BÜTÜN XƏBƏRLƏR

“Bu addımlar parlamentin effektiv fəaliyyətinə təkan ola bilər” – Rauf Zeyni

Tarix: 11-03-2020 15:14     Baxış: 343 A- / A+
“Bu addımlar parlamentin effektiv fəaliyyətinə təkan ola bilər” – Rauf Zeyni

“Düşünürəm ki, müxalifət düşərgəsindən olan partiya nümayəndələrinin parlament təyinatlarında yer alması, professor Fəzail İbrahimlinin həm komitə sədrinin müavini, həm də dini qurumlarla iş üzrə komitənin sədri seçilməsi çox mühüm yenilik və irəliləyişdir. Bu kimi yeni addımlar parlamentin bundan sonra daha effektiv, səmərəli fəaliyyət göstərməsinə çox böyük təkan ola bilər”.

Manevr.az bildirir ki, bunu teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, ölkə başçısı parlamentin səmərəliliyinin artırılması, daha effektiv fəaliyyət göstərməsi ilə bağlı, millət vəkillərinin xarici səfərlərdə olarkən, azərbaycançılığın təmsil olunması, ölkə maraqlarının daha yüksək səviyyədə müdafiə olunması ilə bağlı öz tövsiyələrini verdi:

“Aparılan islahatların yeni parlamentin formalaşmasına yol açması təqdirəlayiqdir. Ölkə başçısı iclasda hədəfləri də müəyyən etdi. Azərbaycan dövlət olaraq, hədəflər uğrunda mübarizə aparır. Bu mübarizədə dövlətimizin, ordumuzun, iqtisadiyyatımızın güclənməsi və parlamentin çoxpartiyalı sistem əsasında formalaşması, ölkənin inkişafına töhvələrini verməsi prezident tərəfindən qeyd olundu”.

MQF prezidenti bildirib ki, parlamentin yeni sədri, komitə sədrləri və müavinlərinin seçilməsi ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir:

“Mən parlamentdə yeni vəzifələrə seçilən bütün deputatları Milli QHT Formu və öz adımdan təbrik edirəm. Onlara öz fəaliyyətlərində, parlamentin yeni keyfiyyətdə səmərəli fəaliyyətinin yüksəlməsində uğurlar arzu edirəm”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar