Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR

Tarix: 31-01-2020 16:03     Baxış: 21 364 A- / A+
Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR

Məlumdur ki, bu il fevral ayının 9-da Azərbaycanda növbədənkənar deputat seçkiləri keçiriləcək. Bununla əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir.

106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən müstəqil namizəd Vüsalə Dadaşova Tovuz rayonunda veteranlarla görüşüb.

Manevr.az namizədin görüş haqqında təəssüratlarını təqdim edir:

"Azərbaycan Vətən Müharibəsi Veteranları-Ictimai Birliyinin Tovuz rayon şöbəsində Veteranlarla görüşümüz keçirildi. Görüşdə Birliyin sədri Etibar Veliyev tədbir iştirakçılarını salamlayaraq çıxış etmək üçün sözü mənə verdi.
Öz növbəmdə, mən bu görüşə gəlmələrinə görə Veteran döyüşçülərə minnətdarlığımı bildirdim, bundan məmnun olduğumu və böyük qürur hissi keçirdiyimi söylədim. Qısa olaraq öz həyat yolum, tərcümeyi-halım, Seçki Platformam barədə məlumat verdim.
Davamı olaraq, çıxışımda dedim ki, məkrli zorən qonşularımızın Azərbaycan torpaqlarına göz dikməsi, hər bir yol və üsullarla bizim əzəli torpaqlarımızda yaranmış Ermənistan adlı dövlətin ərazisini genişləndirmək istəklərinin dərin tarixi olması hər birimizə aydındır.
SSRİ-nin dağılma ərəfəsində onlar belə hesab etdilər ki, bu istəklərinin reallaşması üçün əlverişli məqam yetişib. Yıxılan dövlətin rəhbərliyindəki havadarları, dünyanın aparıcı dövlətlərində güclü təsirə malik diasporalarının lobbiçilik imkanları, üstəgəl Azərbaycanda hakimiyyətdə olan o zamanki zümrənin qətiyyətsizliyi və səriştəsizliyi onlarda bu xülyalarının gerçəkləşəcəyinə inam yaratmış, açıq təcavüzə keçmələrini şərtləndirmişdir.
Bildirdim ki, ölkəmizin o ağır vəziyyətində, daxili hərcmərclik, hakimiyyət uğrunda mübarizə şəraitində əlinə silah alıb, çox vaxt da silahsız, düşmən qarşısına çıxan hər bir insan sözün əsl mənasında Qəhrəmandır.
“Biz hamımız buna görə Sizə baş əyirik. Sizin qəhrəmanlığınız, verdiyiniz itkilər, yaralar, şəhid qanına görə biz bu gün öz rayonumuzda, ölkəmizdə, torpaqlarımızda rahat yaşaya bilirik”, - deyə, ürəyimdən keçən fikirlə bölüşdüm.
Hesab edirəm ki, bu qəhrəmanlıq səlnaməsinin xalqımızın tarixində xüsusi yeri olmalıdır.
Çıxışımda onu da qeyd etdim ki, hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış "Veteranlar haqqında" Qanun qəbul edilib. Bu Qanunda veteranlara qayğı məsələləri, müxtəlif sosial imtiyazların verilməsi nəzərdə tutulub.
Bununla bir yerdə, hesab edirəm ki, illər keçir, veteranlar yaşlanır və buna görə onlara yönələn qayğının kəmiyyəti və keyfiyyəti artırılmalıdır. O cümlədən, Qanunda İkinci Dünya müharibəsi veteranlarına aid imtiyazların müstəqil Vətənimiz uğrunda vuruşanlara da şamil edilməsi məsələsinə baxılması zəruridir.
Qarabağ məsələsinin həlli ilə bağlı fikirlərimlə də bölüşdüm: ”Yeni nə deyə bilərəm?... İstərdim ki, bu müharibə sülh yolu ilə həllini tapsın. Bunun üçün mümkün nə varsa, hamısından istifadə etmək lazımdır. Diplomatiya, siyasət, informasiya sahəsində kompleks tədbirlər davam etdirilməlidir, iqtisadi qüdrətimiz artırılmalıdır. Ancaq ən əsası, biz özümüzün hərbi potensialımızı dayanmadan artırmalıyıq. Dediyim istiqamətdə, hamınız yaxşı bilirsiniz ki, ölkəmizin rəhbərliyi gərgin və ciddi fəaliyyət həyata keçirir, müəyyən uğurlarımız da əldə olunub”.
Onu da bildirdim ki, hamıya bəllidir ki, bu məsələ artıq iki tərəfin münaqişəsi yox, beynəlxalq müstəvidə həllinin tapılması axtarılan məsələdir.
“Bununla BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, onun Minsk qrupu, Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa məşğul olurlar. Düzdür, onlar elə "məşğul" olurlar ki, hələ heç nə yerindən tərpənmir. Adlarını çəkdiyim dövlətlər daha çox bu münaqişədən istifadə edib, bizim regionda öz maraqlarını təmin etmək niyyətlərini güdürlər. Belə şəraitdə məhz ardıcıl, düşünülmüş, mətin mövqe sayəsində biz istəklərimizə nail ola, torpaqlarımızı düşməndən azad edə bilərik. Başqa yol yoxdur!” - deyə, qeyd etdim.
Onu da əlavə etdim ki, biz müttəfiqlərimizi düzgün seçməliyik, onların sayını artırmalıyıq. Müasir dünya, fövqəldövlətlər göz qabağında beynəlxalq hüququ tapdalayır, ayaq altına atır. Həm siyasi, həm iqtisadi məsələlərdə. Deməli, bu məsələdə beynəlxalq hüquq tam bizim tərəfimizdə olmasına baxmayaraq, biz başqa, real yollar axtarıb, tapmalıyıq.
Vurğuladım ki, bu istedad, məharət tələb edən çox aığr bir yoldur, ancaq hər bir işin müsbət nəticəsi gərgin iş, seçim əsasında mümkündür. Düzgün seçim - əxlaqın, mərdliyin, kişiliyin nəticəsidir. O cümlədən, seçkili orqanlara.
Mən həmçinin veteranların verdiyi çoxsaylı suallara cavab olaraq, öz fikirlərimi bildirdim.
Görüşün nəticəsi olaraq, veteranlar məni seçkidə dəstəkləyəcəklərini bildirdilər və bu işimdə uğurlar arzu etdilər.
Tədbirin sonunda Veteranlarla xatirə şəkilləri çəkdirdik."

Manevr.az
Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR
Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR
Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR
Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR
Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR
Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR
Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR
Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR
Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR
Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR
Vüsalə Dadaşova Tovuzda veteranlarla görüşdü- ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar