Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Namizədliyini geri götürən Mais Səfərli: “Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər”

Tarix: 23-01-2020 20:19     Baxış: 3222 A- / A+
Namizədliyini geri götürən Mais Səfərli: “Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər”

“Namizədliyimi geri götürməyimin əsas səbəbi gənclərə üstünlük verilməsi, onlara yol açılması prosesinə töhfə göstərməkdir”.

Manevr.az xəbər verir ki. bunu modern.az-a açıqlamasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyini geri götürən Milli Məclisin keçmiş deputatı, Yurddaş Partiyasının sədri Mayıs Səfərli deyib. O, Milli Məclisdə daha çox gənclərin təmsil olunmasına üstünlük verdiyini vurğulayıb:

“Hesab edirəm ki, Milli Məclisdə yaşlı insanlar da olmalıdır. Onların da təcrübəsinə, məsləhətlərinə böyük ehtiyac var. Amma bununla yanaşı, yeni baxışların, yeni fikirlərin parlamentə gətirilməsi prioritet olmalıdır. Ölkə başçısı da kadr siyasətində gənclərin bilik və təcrübələrinə üstünlük verir. Biz də bu kadr islahatlarını dəstəkləməliyik.

Gənclərin üstünlük təşkil etməsi Milli Məclisdə yaşlı deputatların olmaması anlamına gəlmir. Amma əvvəlki çağırış parlamentin özünü buraxmış yaşlı deputatlarının yenidən seçkilərə üz tutmasını məqbul hesab etmirəm. Baxmayaraq ki, mən özüm də o qədər yaşlı deyiləm. Amma düşünürəm ki, parlament yenilənməli, gəncləşməlidir. Bu baxımdan, mən mübarizəni dayandırmağa qərar verdim. Uzun illər Milli Məclisdə oturmuş, artıq pensiya yaşında olan deputatlar da, belə addımlar atsalar, daha məqsədəuyğun olar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar