Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elşad Musayev YAP-ın namizədini debata çağırdı

Tarix: 02-01-2020 21:54     Baxış: 3930 A- / A+
"YAP-ın 9-cu Binəqədi seçki dairəsindən namizədi Kəmaləddin Qafarovu debata dəvət edirəm!"
Elşad Musayev YAP-ın namizədini debata çağırdı

"Təəssüf ki, ölkədə seçki atmosferi yetəri qədər hiss olunmur. İqtidarlı, müxalifətli hamının vəzifəsi bu atmosferi yaratmaqdır. Demokratik qüvvələrin vəzifəsi fevralın 9-nu gözləmək deyil. Bu bir aydan bir qədər artıq müddətdə çoxlu iş görülməlidir."

Manevr.az xəbər verir ki, bunu Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib. Sonra E.Musayev fikirini belə davam etdirib:
"Bunlardan biri ölkədəki ictimai-siyasi vəziyyətə, keçiriləcək parlament seçkilərinə, ölkənin çoxsaylı problemlərinin həllinə hakim YAP nümayəndələri ilə, onların dəstəklədikləri namizədlərlə fərqli prizmadan yanaşmanın ictimaiyyətə, vətəndaşlarımıza, dünyaya nümayişidir.
Debatdan qaçan siyasi partiyanın və onun təmsilçisinin nəinki demokratiyadan danışmaq haqqı, heç seçkili orqanlarda təmsil olunmaq haqqı yoxdur.
Odur ki, heç bir şərt qoymadan YAP-çıların özlərinin təklif etdikləri məkanda və media orqanında, canlı yayında onların təmsilçisi Kəmaləddin Qafarovla debata çıxmağa hazır olduğumu bildirir və onu debata dəvət edirəm!
Niyə məhz Kəmaləddin Qafarov? Prinsipcə YAP-ın istənilən rəhbəri ilə debata hazıram. Amma ötən parlament seçkilərinin rəsmi nəticələrinə görə ona birinci yer verilib, mən ikinci yerdə qərarlaşmışam. O 800 minlik YAP-ı təmsil edir, mən müxalifəti, imkanları geniş olmayan Böyük Azərbaycan Partiyasını, ölkənin demokratik qüvvələrini təmsil edirəm.
Qeyd. Bu seçki təbliğatı deyil, sadəcə yuxarıda qeyd etdiyim məsələlərin müzakirəsi təklifidir və 3 gün ərzində qarşı tərəfdən cavab gözləyirəm."


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar