Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müxalifətə yeni parlamentdə yer veriləcəkmi?

Tarix: 17-12-2019 14:46     Baxış: 3172 A- / A+
Müxalifətə yeni parlamentdə yer veriləcəkmi?

Növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca Milli Məclisin yeni tərkibi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür.

Manevr.az xəbər verir ki, fərziyyələrdə 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri nəticəsində formalaşacaq Milli Məclisin tamamilə fərqli olacağı qırmızı xətlə keçir. Doğrudur, bədbin olanlar da var. Onların fikrincə, yeni tərkib indikindən o qədər də ciddi fərqlənməyəcək.

Lakin bu ehtimalı bölüşənlərin sayı o qədər çox deyil. Hər halda seçki prosesinə böyük marağın olması, müxalifətin iki əsas təşkilatının seçkilərə qatılması, partiya mənsubiyyəti olmayan ictimai fərdələrin, necə deyərlər, elliklə namizədliklərini irəli sürməsi yeni parlamentin tamamilə fərqli olacağı barədə iddiaların təsiri nəticəsində baş verir.

Yeni tərkibdə müxalifət düşərgəsinə də yer ayrılacağı da əsas ehtimallardan biridir. Özü də söhbət “cib müxalifəti”ndən deyil, ictimaiyyət tərfindən hakimiyyətə qarşı prinsipial şəkildə opponentlik edən siyasi qüvvə kimi qəbul edilən təşkilatlardan gedir. Bu təşkilatlardan yalnız biri – Milli Şura seçkilərə qatılmayacağını bəyan edib. Respublikaçı Alternativ (REAL) və Müsavat partiyaları parlament seçkilərində qatılmaq qərarı veriblər. Artıq namizədlərini də açıqlayıblar.

Bəzi iddialara görə, parlamentdə hər iki partiyadan təxminən 10 nəfərə yer verilə bilər. Bu 10 nəfərin hansı namizədlər olacağı barədə fikirlər müxtəlifdir. Ehtimal olunur ki, namizədlər arasında hakimiyyətə ən loyal olanlar və iqtidarın əsas namizədləri ilə eyni dairədə yarışmayanlar seçiləcək. Partiya liderlərinə gəlincə, onların yeni tərkibdə yer alacağı az inandırıcı görünür.yenisabah.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar