Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

AXCP sədrinin müavini: “Boykot çağırışından uzaq olacağımızı bəyan edirik”

Tarix: 07-12-2019 14:32     Baxış: 3191 A- / A+
AXCP sədrinin müavini: “Boykot çağırışından uzaq olacağımızı bəyan edirik”

“Xalqa yaxın olmaq və "yeni başlanğıc" üçün mən də seçkiyə qatılacağam. Müxalifətin parlament seçkilərində iştirakı vacibdir. Hesab edirəm ki, ölkədə ictimai-siyasi durğunluğu dəyişmək, cəmiyyətə müsbət mesajlar vermək üçün seçkilərdə iştirak artıq xalqın və zamanın tələbidir. AXCP olaraq belə qərara aldıq ki, seçkilərdə iştirak edərək biz də ökədəki yeniləşməyə dəstək olaq”.

Manevr.az xəbər verirki, bunu cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Ehtiram Mehtiyev deyib.

AXCP yetkilisi bildirib ki, ümumiyyətlə, müxalif partiya olaraq ölkənin problemlərinə hec vaxt biganə qalmayıblar:

“Zaman-zaman ölkənin tərəqqisi üçün bütün sahələrə dair təkliflərimizi hökumətə təqdim etmişik. Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaq və onların siyasətə marağını bərpa etməkdir. Çünki xalq yalan vədlərdən yorulub və siyasətçilərə də öz maraqları üçün çalışan adamlar kimi baxır. Buna nail olmaq üçün insanlarla ayrı-ayrılıqda söhbətlər aparırıq. Əminik ki, xalq bizi yeni və səmimi siyasi qüvvə kimi qəbul edəcək. Radikal müxalifət əvvəlki illərdə olduğu kimi xalqın inamını qıran boykot taktikasından çəkinməlidir. Biz partiya olaraq bu kimi çağırışlardan uzaq olacağımızı bəyan edirik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar