Sizin Reklam Burada
Xəbər lenti
15 noyabr
14 noyabr
BÜTÜN XƏBƏRLƏR

Ermənilər mübariz millət deyil - Perenciyev

Tarix: 28-10-2019 14:07     Baxış: 324 A- / A+
Ermənilər mübariz millət deyil - Perenciyev


Ermənistanda müharibə ehtimalını hiss edirlər. Təsadüfi deyil ki, ölkə parlamentində hərbi vəziyyət müzakirə olunur. Məsələn, hərbi əməliyyatlar başlayacağı təqdirdə, özəl tibb müəssisələri belə Səhiyyə Nazirliyinə təhvil veriləcək.

Bəs Ermənistan ordusunda qızların iştirakı ilə bağlı yeni başlayan müzakirə haqqında nə demək olar? Bu, daha çox şeyin sübutudur.

İdeyanın özü, əlbəttə, yeni deyil və erməni silahlı qüvvələrinə qadınlar artıq uzun müddətdir ki, müqavilə əsasında qəbul edilir. 2017-ci ilin məlumatına görə, Ermənistan Respublikası Silahlı Qüvvələrinin 12 faizi qadınlardan ibarətdir. Bütün bunlar Serj Sərkisyanın rəhbərliyi vaxtında Ermənistanın Müdafiə naziri olan Vigen Sərkisyanın irəli sürdüyü “xalq ordusu” konsepsiyası ilə səsləşir.

Məxməri inqilabdan sonra “xalq ordusu” ideyası bir növ unudulsa da, “xalqın baş naziri” Nikol Paşinyan onun varlığını xatırlatdı. O, bir müddət əvvəl Ermənistanda peşəkar orduda çalışan qadın hərbçilərin sayının ilbəil artdığını bildirmişdi. Baş nazir növbəti addımın qadınların orduda məcburi xidmət etməsi ilə bağlı aparılacaq müzakirə olacağını əlavə edib.

Oxu.az bu kimi məsələlərlə bağlı Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi Elmlər və Sosiologiya kafedrasının dosenti, Rusiya Zabitləri Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Media.az-la fikirlərini paylaşıb:

- Ölkənin keçmiş hakimiyyət orqanları tərəfindən irəli sürülən “xalq-ordu” ideyası kontekstində Ermənistanda qadınların ordu sıralarına çağırılması məsələsi yenidən aktuallaşıb. Ermənistan İsrail deyil. Burada “xalq-ordu” ideyasının gerçəkləşməsi nə dərəcədə mümkündür?

- Bəli, razıyam, Ermənistan İsrail deyil. Və qeyd etmək istəyirəm ki, ermənilər mübariz xalq deyil. Onlar rahatlığı, yaxşı yaşayışı və dincəlməyi sevirlər. Mən şəxsən Nikol Paşinyanın özünün bu məsələni yenidən aktuallaşdırmasına çox təəccüblənirəm. O özü döyüşkən deyil...

- Yeri gəlmişkən, onun üç qızı var. Onlar da xidmət edəcək? Oğlunun Qarabağda necə xidmət etdiyini isə erməni mediası ətraflı təsvir edirdi: Aşot Paşinyan Qarabağdan çox İrəvanda görünürdü.

- Söhbət tam olaraq bundan gedir. Ümumiyyətlə, əsla ordu ilə əlaqəsi olmayan, Silahlı Qüvvələrin nə olduğunu başa düşməyən insanlar bu cür islahatlardan danışır.

Əslində, məsələ necədir? Ermənistan cəmiyyətinin hərbiləşdirilməsidir. Axı qadınları orduya cəlb etmək fikri hələ çağırış mərhələsindədir.

Axı könüllülük başqa bir şeydir. Xahiş edirik, icazə verin xidmət etsinlər.

İsrail ərəb dünyası ilə əhatə olunub və o, həm də zəngin ölkədir. Bəs Ermənistan? Türk dünyası ilə əhatə olunur. Bu, heç də belə deyil. Ancaq düşünürəm ki, Nikol Paşinyan artıq Rusiyanın və ya KTMT-nin onu qoruyacağına ümid etmir. O bilir ki, artıq özbaşına vuruşmalı olacaq.

Bu mövqe məni təəccübləndirir. Əslində, hərbiləşdirmə üçün heç bir əsas yoxdur. Danışıqlar aparılır. Və sadəcə, mövcud müqavilələri yerinə yetirmək lazımdır. Eyni vəziyyətdə olan “Madrid prinsipləri”ni götürün. Ermənistan Dağlıq Qarabağa dəhliz qoyaraq, yeddi rayonu azad etməlidir. Qarabağın statusu isə sonra müzakirə ediləcək.

Üstəlik, azad olunan ərazilərin demilitarizasiyası da danışılıb. Bunlar hamısı həll edilə bilər. Ancaq belə çıxır ki, Paşinyan Ermənistanın torpaqları işğal etdiyini anlayaraq özünü insanları, hətta qadınları da döyüşə atmaqdan çəkinməyən fanatik kimi aparır. O, Ermənistandakı demoqrafik vəziyyətə baxmayaraq, insanları qurban verməyə hazırdır.

Əslində, Paşinyan qadınların arxasında gizlənəcək və bu da yaxşı bir şey deyil. Mənim mövqeyim nə Azərbaycan, nə də ermənilər tərəfindən deyil. Mən beynəlxalq hüquqa riayət olunmasının tərəfdarıyam.

Yaxşı, deyək ki, BMT qətnamələrini unutduq. Bəs “Madrid prinsipləri”? Onları yerinə yetirmək lazımdır. Lakin erməni tərəfi razılaşdırılmış prinsipləri yerinə yetirməmək üçün xalqını qurban verməyə hazırdır. Bu, kədərlidir və təkrar edirəm, Ermənistan cəmiyyətinin hərbiləşdirilməsinə çalışıldığından xəbər verir.

Ancaq, yeri gəlmişkən, sual yaranır: Bəs Ermənistanda bu cür fikirlər dəstəklənir? Onlar qadınların orduda xidmət etməsinə hazırdırlarmı? Əvvəllər Ermənistanı yalnız gənc oğlanlar tərk edirdi, indi qadınlar da onlara qoşulacaq. Rusiyada bərbərlərin sayı artacaq.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar