Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

BMT Baş Assambleyasının prezidenti ADA-da çıxış etdi

Tarix: 24-10-2019 19:06     Baxış: 2376 A- / A+
BMT Baş Assambleyasının prezidenti ADA-da çıxış etdi


Birləşmiş Millətlər Təşkilatı ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi məsələləri hər zaman vacib hesab edir. Buna əsaslanaraq BMT beynəlxalq hüququn formalaşması prosesinə öz dəstəyini verib. BMT dünya ölkələrinə müraciət edərək dövlətlərin sərhədlərinin toxunulmazlığını bu prinsipin qorunmasına səsləyir.

Bu fikirləri oktyabrın 24-də ADA Universitetində BMT-nin yaranmasının 74-cü ildönümünə həsr olunan tədbirdə BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande deyib.

BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsi və bu qətnamələrə əməl edilməməsi məsələsinə münasibət bildirən Ticani Məhəmməd-Bande bildirib ki, BMT öz mövqeyini qəbul olunmuş qətnamələri vasitəsilə nümayiş etdirir. BMT bunu da vacib hesab edir ki, dövlətlərin sərhədləri dəyişdirilməməli, toxunulmaz olaraq qalmalıdır. Biz razılaşma olmadan və hər hansı güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq. Bu baxımdan sərhədlər toxunulmaz olaraq qalmalıdır. Bununla bağlı həm BMT Baş Assambleyasının, həm də Təhlükəsizlik Şurasının mövqeyi var və bu mövqe dəyişməz olaraq qalır. Bu gün elə bir mexanizm olmalıdır ki, bu mexanizmlə mübahisələr öz həllini tapsın, sülh bərqərar olsun. BMT-nin rolu həmin mexanizmə yardım etməkdən ibarətdir./axar.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar