Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Kukla ilə üz-üzə dayanmağı özümə sığışdırmadım” – Fəzail Ağamalı

Tarix: 03-10-2019 11:55     Baxış: 3271 A- / A+
“Kukla ilə üz-üzə dayanmağı özümə sığışdırmadım” – Fəzail Ağamalı

“Heç bir bəhanə gətirməmişəm. Sadəcə İctimai Televiziyada yayımlanan “3D” verilişinin formatı məni qane etməyib. Bu fikrimi orada deyib verilişə qatılmaqdan imtina etmişəm”.

Bu sözləri yenisabah-a Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan “3D” verilişinə qatılmaqdan imtina etməsi barədə danışarkən deyib.

“3D”yə dəvət olunan Fəzail Ağamalının verilişə qatılmaqdan imtina etdiyini robot aparıcı "Dadaş Dadaşlinski" deyib.

“Bu gün Fəzail Ağamalı qonağım olmalı idi. Hətta bura qədər gəldi amma bu divanda əyləşməkdən imtina etdi. Bəhanəsi isə o oldu ki, o, daha ciddi aparıcının qonağı olmalıdır. Niyə gəlirdin bura qədər, Fəzail müəllim? Verilişə bir internetdə baxardınız, bir görərdiniz hara dəvət alırnısınız. Başa düşmədim. Ən azından siz deyin, hörmətli sosial şəbəkə istifadəçiləri və televiziya tamaşıçıları, məndən ciddi aparıcı varmı indi teleməkanda?”, - deyə "Dadaşlinski" bildirib.

Fəzail Ağamalının sözlərinə görə, onu “3D”yə verilişin rejissoru dəvət edib:

“Esmira xanım zəng vurub dəvət elədi. Dəvətdən əvvəl verilişə baxıb-baxmadığımı soruşdu. Dedim ki, baxmamışam. Bununla belə, dedi gəlin. Aparıcı barədə məlumatım yox idi. Getdim gördüm ki, aparıcı bir kukladır. Mən də kukla ilə üz-üzə dayanmağı özümə sığışdırmadım və verilişə çıxmaqdan imtina etdim. Dedim bir adam əyləşdirin, nə sualınız varsa, verin. Amma bu kukla ilə üz-üzə oturmaq istəmirəm. Burada hansı bəhanədən söhbət gedə bilər? Mən həmişə mətbuata açıq adam olmuşam”.

Məlumat üçün qeyd edək ki, Fəzail Ağamalının həmkarları Hadı Rəcəbli, Qənirə Paşayeva, Tahir Kərimli və bir sıra ictimaiyyət nümayəndələri bu verilişin qonağı olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar