Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva: “Azərbaycan həqiqətlərinin daha geniş tanıdılması...”

Tarix: 29-09-2019 17:22     Baxış: 2279 A- / A+
Qənirə Paşayeva: “Azərbaycan həqiqətlərinin daha geniş tanıdılması...”


Millət vəkili Q.Paşayeva İstanbul Türk Ocaqları rəhbərliyi ilə görüşdə Qarabağ həqiqətlərinin Türk dünyasında və dünyada daha geniş yayılması istiqamətində ortaq layihələri müzakirə edib

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ölkəmizə səfər etmiş Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram və Türk Ocaqlarında təmsil olunan alimlər, aydınlar ilə görüşüb.

Qonaqları Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Q.Paşayeva bir millət iki dövlət olan Azərbaycan ilə Türkiyənin qeyri-hökumət təşkilatları arasında da əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın inkişafı istiqamətində bir sıra layihələrin həyata keçirildiyini bildirdi və yeni önəmli layihələrin yaxın zamanlarda həyata keçiriləcəyindən məmunluğunu dilə gətirib. Azərbaycan "Türk Ocağı"nın yenidən bəra edilməsinion vacibliyini qeyd edən millət vəkili Q.Paşayeva bununla bağlı Azərbaycan "Türk Ocağı"nın bərpası konfransının keçirilməsi və özünün Azərbaycan "Türk Ocağı"nın bərpaçılarından biri olmasından qürur duyduğunu deyib, Azərbaycan "Türk Ocağı"nın sədri seçilən “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının rəhbərliyi altında təşkilatın, həm Azərbaycan, Azərbaycan-Türkiyə əməkdaşlığı və Türk dünyası istiqamətində faydalı işlər görəcəyinə inandığını deyib. Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən İstanbul Türk Ocaqlarının başqanı dr. Cezmi Bayram Azərbaycan "Türk Ocağı"nın bərpasından, bununla əlaqədar keçirilən konfransda iştirak, Türkiyədə Türk Ocaqlarınını qurulmasında böyük əməyi olmuş böyük şəxsiyyət, aləm və ziyalı Əhməd Ağaoğlunun 150 iilik yubiley tədbirlərində fəal iştirak etməkdən məmnuniyyət duyduğunu bildirdi və Azərbaycan "Türk Ocağı"na fəaliyyətində uğurlar dilədi, təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr və qarşıda duran vəzifələr barədə danışmış, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə əlaqələrin daha da inkişaf etməsinin məmnuniyyətverici olduğunu söyləmişdir.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş tanıdılması, qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində iki ölkənin qeyri-hökumət təşkilatları, strateji araşdırmalar mərkəzlərinin birgə səylərini daha da artırması, qarşılıqlı əməkdaşlıq şəraitində birgə çalışmaları vacib və əhəmiyyətlidir. Görüşdə Türk Dünyasının ortaq tarixi, ədəbiyyatı, mədəniyyətinin gənclərə daha yaxşı öyrədilməsi istiqamətində, türk dünyasının böyük şəxsiyyətlərinin bütün türk dünyası bölgələrində daha geniş tanıdılması istiqamətində, özəlliklə Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş duyurulması istiqamətində iki təşkilatın birgə həyata keçirəcəyi layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İstanbul Türk Ocaqlarının başqanı dr. Cezmi Bayrama və Türk Ocaqlarında təmsil olunan alimlərə, aydınlara rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Aeraşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB adından Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib. /cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar