Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Səbuhi Abbasovdan ATƏT-də ermənilərə tərs şillə: “Faşist siyasəti...” (VİDEO)

Tarix: 25-09-2019 16:36     Baxış: 4191 A- / A+
Səbuhi Abbasovdan ATƏT-də ermənilərə tərs şillə: “Faşist siyasəti...” (VİDEO)

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az informasiya portalının rəhbəri Səbuhi Abbasov 20-27 sentyabr tarixlərində QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İllik Toplantısında ölkəmizi təmsil edir.

Samittə çıxış edən Səbuhi Abbasov Ermənistanın yürütdüyü faşist siyasətin bütün dünyaya təhlükə olduğunu deyib: "Bugünkü mövzu çox aktualdır. Çünki bu gün dünyada müharibələr və qarşıdurmalar çox vaxt dözümsüzlük və ayrıseçkiliklə başlayır. Buna görə də bu məsələyə daha çox diqqət yetirməliyik. Dini və ya milli olan hər hansı ayrıseçkilik yolverilməzdir. Təəssüf ki, bu gün Avropada anti-Seminizm və İslamofobiya artmaqdadır. Avropada yaşayan müsəlman qaçqınlara qarşı ayrıseçkilik bizi narahat edir. Azərbaycan 30 ildən çoxdur müharibə vəziyyətindədir. Torpaqlarımızın 20 faizini itirdik və 1 milyondan çox insan didərgin düşdü. Bu gün Dağlıq Qarabağdakı və digər işğal olunmuş ərazilərdəki məscidlər dağıdıldı və tarixi abidələr söküldü. Bunun məsuliyyəti Ermənistan dövlətinin üzərinə düşür. Göyçə rayonu, doğulduğum kənd, yaxınlarımın məzarları, tarixi abidələrimiz dağıdıldı. Bu gün rəsmi İrəvan faşist siyasəti yürüdür, beynəlxalq hüquqa zidd gedir və insan haqlarınını kobud şəkildə tapdalayır”

Məlumat üçün qeyd edək ki, ötən gün QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan 1 həftəlik səfər çərçivəsində ATƏT-in İllik Toplantı iştirakçılarına ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevla bağlı məlumat flayeri paylanılıb, məlumatlandırma aksiyası keçirilib.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar