Sizin Reklam Burada
Xəbər lenti
20 noyabr
19 noyabr
BÜTÜN XƏBƏRLƏR

Nikol bundan sonra Bakı ilə danışıqlara başlayacaq – Politoloq

Tarix: 24-08-2019 08:09     Baxış: 236 A- / A+
Nikol bundan sonra Bakı ilə danışıqlara başlayacaq – Politoloq


Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində Miatsum İttifaqı Qarabağ klanı ilə mübarizə üçün yaradılıb.

Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov Paşinyanın rəhbərliyi ilə Miatsum İttifaqının yaradılmasına münasibət bildirərkən deyib. O, ittifaqın yaranma məqsədlərindən danışıb:

“Yaradılmış bu qurum alyansdır. Ermənistanda Dağlıq Qarabağla bağlı 3 əsas təklif irəli sürülür. Millətçilər, radikallar bir sözlə sağçılar çalışırlar ki, ya “miatsum” adı ilə Qarabağı Ermənistana birdəfəlik birləşdirsinlər, ya onların ikisinin ittifaqını yaratsınlar, ya da ki, Qarabağ guya indi olduğu kimi müstəqil qalsın.

Bu alyansın yaradılması isə Paşinyanın gedişidir. Çünki onun həmin bu işğal olunmuş Azərbaycan torpaqlarındakı qondarma rejimi müqabilində mövqeləri çox zəifləyib. Ona görə də Paşinyan anlayır ki, Qarabağdan özünü etibarlı şəkildə sığortalaya bilməsə, onun hakimiyyəti üzərində həmişə “Domokl qılıncı” asılı olacaq. Çünki oradakı müxalifət, bilavasitə Paşinyan və onun blokuna müxaliflik edənlər silahlı quldurlardır. Həmin o quldurlar Azərbaycan ərazilərini işğal ediblər.

2014-cü ilin avqust ayında təmas xəttində gedən döyüşlərdə Azərbaycan ordusu onları yerinə otuzdurdu. Nəhayət 2016-cı ilin aprelində 4 günlük müharibə zamanı onlar anladılar ki, Azərbaycana meydan oxumaq birdəfəlik sona çatıb.

İrəvanın mənfur qüvvələri ilə Dağlıq Qarabağda separatçı rejimi yaradanlar elə bir şərait formalaşdırdılar ki, özlərinin yaratdığı həmin rejim İrəvanı hədələyir. Ona görə də bu alyansın yaranmasının bizim maraqlarımıza elə də ciddi təsiri yoxdur. Onlar daxildə özləri bir-birləri ilə didişirlər. Paşinyan istəyir ki, Qarabağda öz adamını oturtsun. Qarabağı “azad etmiş” keçmiş quldurlar isə çalışırlar ki, özlərinin “müstəqillik”lərini qoruyub saxlasınlar. Ona görə də bu məsələdə ermənilər nə qədər bir-birlərini çökdürsələr, ümumi nəticə Qafqaz bölgəsi üçün yaxşı olacaq”.

T.Abbasov Paşinyanın Qarabağla bağlı əsas planlarından da danışıb:

“Paşinyan nə qədər ki, Qarabağ bölgəsindəki ünsürləri ram etməyib, onları tərksilah edə bilməyib, öz planını həyata keçirməyə cürət etmir. Çünki onlar istənilən vaxt qiyam qaldıra bilər. Buna görə də Paşinyan insanlara xoş gəlsin deyə onlara təlqin edir ki, mən sizin hərəkatınızı dəstəkləyirəm. O çalışır ki, sadəlövh insanları özündən küsdürməsin. Onun başqa variantı qalmayıb. Paşinyan indi çalışır ki, Qarabağ klanını tərksilah etsin, seçkilərdə öz adamlarını ora yerləşdirsin. Çünki inqilabının guya oraya da sirayət etdiyini göstərmək istəyir. Bundan sonra Paşinyanın fikri ondan ibarət olacaq ki, Azərbaycanla danışıqlara qatılsın və Azərbaycanın tərkibində Qarabağ erməniləri nisbi müstəqillik əldə etsinlər”.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində Miatsum İttifaqı təşkilatı yaradılıb. Təşkilatın qondarma rejimdəki proseslərdə aktiv iştirak edəcəyi vurğulanıb. Təşkilatın həmçinin separatçı rejimdə keçiriləcək "prezident və parlament seçkilərində" iştirak edəcəyi qeyd edilib./axar.az/

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar