Sizin Reklam Burada
Xəbər lenti
19 avqust
18 avqust
BÜTÜN XƏBƏRLƏR

Qırğızların da Zelenskisi olacaq?

Tarix: 07-08-2019 21:07     Baxış: 424 A- / A+
Qırğızların da Zelenskisi olacaq?Dünya şöhrətli Çingiz Aytmatovun qızı parlamenti qərbyönümlü etməyi qarşısına məqsəd qoyub

Manevr.az kaspi.az-a istinadən yazını təqdim edir.

Qırğızıstanda gələn il keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq gedir. 2020-ci ilin payızına nəzərdə tutulan seçkilərə yeni nəslin qatılacağı gözlənilir. Bir sıra sürpriz simalar, o cümlədən dünya şöhrətli yazıçı Çingiz Aytmatovun qızı Şirin Aytmatova da seçkilərə qatılacağını bildirib. O, gənclərə güvənir və onları birliyə dəvət edir. Rusiya mediası iddia edir ki, onun əsas vəzifəsi qərbyönümlü partiyaların parlamentə keçməsini həyata keçirməkdir. Əks təqdirdə, onun da ifadə etdiyi kimi, Joqorku Keneşə (parlament) müxtəlif dini təşkilat və cərəyanların daxil olması yaşana bilər. Şirin Aytmatovun əsas vəzifələrindən biri həm də parlamentin yenilənməsidir. Sosial şəbəkələrdə korrupsiyaya qarşı çıxaraq "yeni qüvvələri" seçkilər zamanı korrupsionerlərlə qarşı birləşməyə çağırıb. "Radio Azattıq"a müsahibəsində Aytmatova bildirib ki, onun çağırışına həm ölkə daxilində, həm də xaricində gənclər, o cümlədən əmək miqrantları qoşulublar: "Biz müşahidə edirik ki, dünyanın müxtəlif ölkələrində xalqın maraqlarını ifadə edən hərəkatlar yaranır. Əksər hallarda onun önündə gənclər olur. Ukraynada, ABŞ-da qanunverici orqanlara gənclər gəlib. Bizim gənclər də geri qalmaq istəmirlər. İnsanlar dəyişikliklər tələb edirlər. Mənim siyasətə gəlmək fikrim yox idi. Məramım fəalların diqqətini Matraimov probleminə yönəltmək idi".

Qeyd edək ki, Qırğızıstan Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışmış Raim Matraimov ölkədən 700 mln. dollar çıxarmaqda ittiham edilir. "Gözləyirdim ki, hansısa bir tədbirlər görüləcək. Lakin bu, baş vermədi. Bu səbəbdən də fəaliyyət göstərməkdə davam edəcəyik. Əgər Joqorku Keneşə təmiz, yeni insanlar cəlb edə bilməsək, onda heç kimə etibar qalmayacaq", - deyə Nobel mükafatçısı olan yazıçının qızı vurğulayıb. Əlavə edib ki, yeni siyasi lider olmaq niyyəti yoxdur. Eyni zamanda əgər təşəbbüsü reallaşarsa, bu zaman siyasi hərəkat və yaxud partiya yaratmaq qərarını avqustun sonlarında verəcək.

Şirin Aytmatovanın bəyanatı qırğız cəmiyyətində birmənalı reaksiya doğurmayıb. Əksəriyyət, onun qərbyönümlü lobbi hərəkatı ilə əlaqəli olduğunu bildirir. Bişkekdə yaddan çıxarmayıblar ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Qırğızıstanda gələn ilin payızında keçiriləcək parlament seçkilərinə 2,5 mln. dollar ayırmağı planlaşdırır. Dərhal da bunu ölkənin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndiriblər. "USAİD maliyyəni partiyalara yox, seçkiləri müşahidə edəcək qeyri-hökumət təşkilatlarına ayırır. De-fakto seçkilər Qərbin yaxından nəzarəti, demokratiya pərdəsi altında keçiriləcək", - deyə qırğız politoloq Mars Sariyev bildirib. Ekspertin qənaətincə, ABŞ elektoral kampaniyaya özünəməxsus fon gətirmək istəyir. Bu səbəbdən də hakimiyyət qeyri-hökumət təşkilatlarından olan fəallara təzyiq göstərə bilməyəcək. Həmin fəallar vəziyyəti izləyib öz mövqelərini ortaya qoyacaqlar. "Moskvada mitinqlər - bu, artıq model kimi götürülən vəziyyətdir. Qərb gənclərə söykənməyə başlayıb. Əgər Qərb böyük pullar ayırırsa, onda parlament seçkilərini nəzarətdə saxlayacaq. ABŞ-ın marağındadır ki, parlamentə müstəqil deputatlar keçsin. Bunun üçün qanunvericiliyə dəyişikliklər gərəkdir. Bu gün parlament partiya siyahısı ilə formalaşdırılır. Lakin vətəndaşlar qanunverici orqanda şəxsiyyətlərin olmasını istəyirlər. İndiki kimi partiya diktəsi və yaxud oliqarx diktatorların olmasını istəmirlər. Gənclər ciddi şəkildə işləməli olacaqlar. Belə bir təəssürat var ki, onlarda nəsə alınacaq. Şirin Aytmatova seçkilərdə elə-belə iştirak etmək istədiyini deməyib. O, qərbyönümlü siyasətçidir", - deyə Sariyev bildirib. Bu xanım tək Aytmatovun qızı kimi deyil, həm də beşinci çağırış parlamentin deputatı kimi tanınır. 2010-cu ildə Oş vilayətində baş verən münaqişənin nizamlanmasında aktiv iştirak edib. "Aytmatova - Zelenskinin qırğız siyasi məkanında bir obrazıdır. Onun ətrafında gənclərin kristalizasiyası baş verəcək. Bu xanım Matraimova qarşı çıxıb. Bu isə o deməkdir ki, bütövlükdə oliqarxik struktura qarşı çıxıb. Və onun da əsas vəzifəsi parlamentə qərbyönümlü partiyaların daxil olmasıdır", - deyə Sariyev bildirib. Onun qənaətincə, cəmiyyətin də buna tələbatı var. Çünki, insanlar ən müxtəlif dini radikallaşmanın, islami hərəkatların revanşist fəaliyyətindən narahatdırlar. Parlamentə ən müxtəlif dini hərəkat və cərəyanların daxil olması barədə Rusiya mediası uzun müddətdir ki, yazır. Qırğız siyasətçisi və ictimai xadimi Toktayım Umetaliyevanın qənaətincə, ölkənin sürətlə islamlaşmasının səbəbi, əhalinin sosial cəhətdən əlçatan olması, respublikanın iqtisadi vəziyyətinin deqredasiyaya uğramasındadır.

Rusiya da proseslərdən kənarda qalmaq niyyətində deyil. Kreml seçkilərdə könüllülük hərəkatına yardım adı altında 600 min dollar ayırmaq niyyətindədir. Bunu da Mars Sariyev bildirib. "Lakin bu, vəziyyəti köklü şəkildə dəyişməyəcək. Kim trend yaradır? 25 il ərzində şişib, böyüyən Qərbin qeyri-hökumət təşkilatları. Onlar cəmiyyətdə moderator rolunu oynayırlar. Ehtimal etmək olar ki, altıncı çağırış parlament qərbyönümlü olacaq",- deyə politoloq vurğulayıb. "Şərq-Qərb Strategiya" analitik mərkəzinin baş direktoru Dmitri Orlov hesab edir ki, seçkilərə bir il qalmış müddətdə siyasi partiya yaratmaq məqbul variant deyil: "Partiyaların qeydiyyatı prosesi tez başa gələn proses deyil. Şirin Aytmatova üçün ən optimal variant mövcud partiyalara qoşulmaqdır. Lakin burada da problem var. İmici yaxşı olan hansısa bir partiya mövcud deyil. Bir sözlə, Aytmatovanın siyasətə dönüşünə ciddi önəm vermək gərək deyil. Onu Qərb müdafiə edəcək. Lakin ABŞ da yumurtaların hamısını bir səbətə qoymur. Yəni tək Aytmatovanı müdafiə etməyəcək". Ekspert onu da qeyd edir ki, qanuna görə əcnəbi strukturların siyasi partiyaları maliyyələşdirməsi qadağandır. Və bu səbəbdən də heç kim pul alıb sonradan siyasi meyitə çevrilmək istəməz. Ona görə də, vəziyyət qeyri-müəyyən olaraq qalır.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar