Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycan müharibədə qalib gəlsə belə..." - Erməni analitiklər irimiqyaslı müharibəyə ehtimal vermirlər

Tarix: 14-03-2019 17:44     Baxış: 4273 A- / A+
"Azərbaycan müharibədə qalib gəlsə belə..."

“Azərbaycan Dağlıq Qarabağda irimiqyaslı müharibəyə getməz. Lakin münaqişə zonasında lokal konfrontasiyaların baş verməsi mümkündür”.

Manevr.az xəbər verir ki, yerli siyasi ekspertlərin Azərbaycanın keçirdiyi hərbi təlimlərlə bağlı ümumi rəyi belədir.

“Yeni müdafiə sifarişi. Strategiyalar” jurnalının şef-redaktoru Leonid Nersesyan Azərbaycanın hərbi həmlələrinin Ermənistanın danışıqlar prosesində mövqeyini dəyişdirməyəcəyini iddia edib. “Təlimlərin hücum xarakteri daşıması yeni xəbər deyil və hansı hərbi birləşmələrin cəlb olunduğu da aydın görünür. Onların əsas vəzifəsi Qaarabağda müdafiə xəttini yarmaqdan ibarətdir”,-deyə erməni politoloq deyib.

Onun sözlərinə görə, böyük savaşın baş vermə ehtimalı az olsa da, 2016-cı ilin aprelində olduğu kimi, lokal döyüş əməliyyatları hər zaman törəyə bilər.

Leonid Nersesyanın fikrincə, Emərnistan buna görə yüksək tempdə silah almağa və silahlı qüvvələrinin imkanlarını genişləndirməyə məcburdur.

“Razm.info” hərbi-analitik portalının yazarı Ayk Xaçikyan da hərbi təlimlərlə iki ölkə lideri arasında keçirilməsi planlanan görüşlə bağlantı qurmağın doğru olmadığını bildirib. O, Azərybaycanın hər zaman eyni mövsümdə bu cür manevrlər həyata keçridiyini vurğulayıb. Xaçikyan bu dəfə Azərbaycan ordusunun “Polonez” tipli rekativ yaylım atəş sistemlərinin, həmçinin İsraildən alınan “Lora” tipli operativ taktiki raket sistemlərini sınaqdan keçirdiyinə, habelə 500-dən çox zirehli texnikanın cəlb olunmasına diqqət çəkib.

Milli və strateji araşdırmalar mərkəzinin direktoru Manvel Sərkisyan isə Azərbaycanın iri miqyaslı müharibəyə gedib burada yeni aldığı silahları tətbiq edəcəyinə şübhə ilə yanaşıb. Çünki onun fikrincə, tanklar və artilleriya ilə yürüdülən siyasi münaqişələrin nəticələri Şimali Qafqaza da sçıraya bilər.

Stepan Səfəryan isəAzərbaycanın uzunmüddətli savaş üçün resurslarının olmadığını iddia edib. “Hətta Azərbaycan müharibədə qalib gəlsə belə, elə dağıntılarla üzləşə bilər ki, bunu qələbə adlandırmaq mümkün olmayacaq”,-deyə S. Səfəryan bildirib.

Onun fikrincə, rəsmi Bakı apreldə olduğu kimi qəfildən hücum şansını əldən buraxıb.

Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryan da irimiqyaslı müharibənin olmayacağı barədə deyilən fikirlərlə razılaşıb. Lakin o, da kiçik toqquşmalaırn baş vermə perspektivini istisna etmədiyni söyləyib.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar