Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan beynəlxalq vasitəçilərin əli ilə Paşinyanı küncə dirəyib” – Müsahibə

Tarix: 08-03-2019 09:32     Baxış: 3239 A- / A+
“Azərbaycan beynəlxalq vasitəçilərin əli ilə Paşinyanı küncə dirəyib”

Konfliktoloq Əvəz Həsənov teleqraf.com-un suallarını cavablandırıb.
Manevr.az həmin müsahibəni təqdim edir:

- Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Hanla görüşdə Qarabağ münaqişəsinə toxundu, format dəyişikliyi təklifini irəli sürdü. Bu təklifi, eləcə də son günlər avropalı rəsmilərlə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərini necə qiymətləndirirsiniz?

- Nikol Paşinyanın Brüsseldə Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Hanla görüşü Ermənistan üçün o qədər də ürəkaçan deyildi. Çünki Ermənistan indiki halda faktiki olaraq danışıqlar prosesini uzatmağa çalışır. İndi bütün Avropa institutları da bildirir ki, danışıqlar prosesini istədiyiniz qədər ləngidə bilməzsiniz. Eyni zamanda Xarici İşlər Nazirlərinin son bəyanatından sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətdə olan sədrinin də sözləri əhalini sülhə hazırlamaq məqsədi daşıyır. Bu bəyanatdan sonra onlar tezliklə Azərbaycan hökumətindən real addımlar gözləyirlər.

- Hansı addımları?

- Vasitəçilər başa düşmək istəyir ki, Azərbaycan və Ermənistan tərəfi hansı addımı atacaq? Əhalini sülhə hazırlamaq prosesi fonunda əhali ilə iş görüləcəkmi, əhaliyə ünvanlanmış xüsusi fəaliyyət varmı, əhalinin belə bir prosesdə hazırlıq səviyyəsi necədir? və s. KİV-də xalqlar arasında münasibətləri normallaşdırmaq üçün hansı addımların planlaşdırıldığı da onlar üçün maraqlıdır.

- Bəs xalqların sülhə hazırlanması planı nə dərəcədə effektiv olacaq?

- Azərbaycan tərəfi icmaların sülhə hazırlanması prosesini nəzərdə tutur. Hesab edir ki, Dağlıq Qarabağın Azərbaycanlı icması ilə erməni icması oturub sülh prosesinə hazırlaşmalıdır. Ermənistanda isə tamamilə fərqli mövqedədirlər. Onlar düşünürlər ki, icma formatında hansısa sülhə hazırlaşmaq prosesindən söhbət gedə bilməz. Sülhə hazırlaşmaq dedikdə onlar Azərbaycan və Ermənistan xalqını nəzərdə tuturlar. İki fərqli mövqe ona gətirib çıxarıb ki, Ermənistan tərəfi əhalinin sülhə hazırlanması ilə bağlı bəyanat versə də, Azərbaycanın Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəallaşdırmasından sonra geri çəkiliblər. Azərbaycan tərəfinin hədəfini bildikləri üçün geri çəkilmə mövqeyi tutublar. Söhbət təkcə icmaların deyil, əhalinin sülhə hazırlanmasından gedir. Azərbaycan “xalqları sülhə hazırlayın” deyəndə icmanı nəzərdə tutur. Xarici işlər nazirinin bəyanatından sonra da bəlli oldu ki, icmanın fəaliyyətinə çox ciddi önəm verilir, onu aktivləşdirirlər, səfirliklərlə görüşlər keçirilir, beynəlxalq ictimaiyyətə təqdim edirlər. Sonra da təklif ediləcək ki, erməni icması ilə danışıq olsun.

- Ermənistanın icmaların görüş formatından imtinası nə ilə əlaqədardır?

- Ermənistan tərəfi icma formatını qəbul etmir. Onlar deyir ki, icma yoxdur, qaçqınlardan danışırsınızsa, bizim Gəncədən, Şəmkirdən, Sumqayıtdan, Bakıdan olan qaçqınları da bu prosesə qoşmaq lazımdır. Ermənilər başa düşmür ki, bunlar fərqli formatlardır. Söhbət azərbaycanlı və erməni qaçqınlardan deyil, muxtar vilayətin əhalisindən gedir.

- Paşinyanın danışıqlarda format dəyişikliyi barədə təklifi nəyə hesablanıb?

- Paşinyanın format dəyişikliyi ideyasını ortaya atması vaxt udmasına yönəlmişdi. O fikirləşirdi ki, tərəflər, xüsusilə həmsədrlər vaxt udmaq fəndini başa düşəcəklər. Həm Azərbaycan tərəfi, həm də vasitəçilər bu fəndi anladı. İndi Paşinyan ölkədə möhkəmlənib, faktiki olaraq təkbaına hakimiyyəti ələ keçirib, parlamentə 70 faiz nəzarət onun əlindədir, indi real addımlar tələb olunur. Real addımları atmaq üçün də separatçıların danışıqlar masasına gətirilməsi, format dəyişikliyi barədə bəyanatı ATƏT-in həmsədrlərini də, Avropa Birliyini də qıcıqlandırır. Çünki danışıqlar formatı 1997-ci ildə müəyyən olunub və orada yalnız Azərbaycan və Ermənistan prezidentləri iştirak edir, əlavə bir iştirakçının bərabərhüquqlu bura qaytılması mümkün deyil. Belə olan halda Azərbaycan tələb edir ki, danışıqlar iki ölkə prezidenti arasında gedirsə, paralel olaraq Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında gedə bilər. Bu da Ermənistana sərf eləmir. Ona görə məsələ havada qalıb.

- Paşinyan həm də erməni cəmiyyətində vaxt udmağa çalışır. Artıq danışıqların məğzini açmaq barədə ona qarşı sərt tələblər irəli sürülür. Proses nə vaxta kimi davam edəcək?

- Ermənistan danışıqlar olanda ilk informasiyanı verirdi, Paşinyanın özü sosial şəbəkələrdən tez-tez istifadə edir. Görüşdən çıxanda otel otağında belə canlı bağlantı ilə müraciət edir. Azərbaycanın Xarici İşlər Nazirliyi də belə çevik məlumatlandırmanı öyrənməlidir. Yeri gəlmişkən, bəlli oldu ki, son bəyanatı ictimaiyyətə faktiki olaraq Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov çatdırdı. Paşinyanın indi olduğu vəziyyətdə çox qalması mümkün deyil, bu prosesi uzun müddət ləngidə bilməyəcək. Onu konkret addımlar atmağa məcbur edəcəklər. Azərbaycan tərəfinin təmkinli mövqeyi normaldır, beynəlxalq vasitəçilərin əli ilə Paşinyanı küncə dirəyib.

- Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryan müsahibəsində təzyiq altında da plan və məqsədlərindən imtina etmədiyini bəyan edib. Sizcə, planı nə olacaq?
- Bu fikirləri qorunmaq üçün deyir. Köçəryan istintaq altındadır və onun rəhbərlik etdiyi partiya parlamentə buraxılmayıb, təmsil elədiyi klan Qarabağ danışıqlarından kənarda qalıb. Əsas məqsədi Paşinyanı yıxmaqdır. Böhtan atmaqdan tutmuş onu əhalinin gözündən salmağa qədər hər şeyi edəcək. Buna nə qədər nail olacağını sonrakı vəziyyət göstərəcək. Bu müddət ərzində bəlli oldu ki, Paşinyan gözlənildiyi kimi, Qərbyönümlü deyil, Rusiya ilə oyunlara həvəslə gedir. Özü də elan etdi ki, Ermənistanın marağı üçün Rusiya və Qərblə balanslaşdırılmış siyasət aparmaq fikrindədir.

- Erməni mediasının “Rusiyanın adamı” adlandırdığı Karen Karapetyan son zamanlar fəallaşıb və keçmiş hakim elitanın nümayəndələrini bir araya yığır. Sabiq baş nazir Köçəryanla birgə hərəkətə keçə bilərmi?

- Rusiya əvvəllər oliqarxlar, xüsusilə Karen Karapetyan vasitəsilə nəyəsə təsir etmək niyyətində idi. Ancaq indi məlum olub ki, Paşinyanın özü ilə də danışa bilər. Kremlin Köçəryanı və Serj Sərkisyanı müdafiə etmək fikri yoxdur. Putin Köçəryanla dost olduğunu nümayiş etdirsə də, real müdafiədən söhbət getmir. Rusiya özünə müttəfiq tapıb. Moskva Karapetyan da daxil olmaqla hakimiyyətdən məhrum olmuş qrupları Paşinyana təzyiq vasitəsi kimi əldə saxlayacaq. Paşinyan Rusiyanın maraqlarından uzaqlaşan hansısa addım atacaqsa, məhz həmin kartdan istifadə edib Paşinyanı cəzalandıracaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar