Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanla Azərbaycan arasında gizli danışıqlar - Politoloq HƏR ŞEYİ AÇDI

Tarix: 16-02-2019 19:56     Baxış: 3384 A- / A+
Ermənistanla Azərbaycan arasında gizli danışıqlar - Politoloq HƏR ŞEYİ AÇDI

Rusiya mətbuatı iddia edir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair gizli danışıqlar gedir. Bu iddiaya əsas olaraq isə münaqişə ətrafında vəziyyətin dəyişməsini, tərəflərin hərbi bəyanatlardan nisbi sakitliyə keçməsini göstərirlər: "Mümkündür ki, tərəflərdən birində inandırıcı arqumentlər var, yaxud kimsə güzəştə getməyə qərara gəlib. Bəlkə də bu münaqişənin müharibə olmadan həmişəlik həlli üçün tərəflər razılığa gəliblər".

Məsələ ilə bağlı publika.az-a açıqlama verən politoloq, sabiq diplomat Fikrət Sadıxov isə bildirir ki, həqiqətdə belə bir şey yoxdur:

"Ermənistanla Azərbaycan arasında heç bir gizli danışıq getmir. Bütün danışıqlar rəsmi şəkildə Minsk qrupunun həmsədrləri vasitəsilə aparılır, ya da nazirlərin təkbətək görüşləri keçirilir. Artıq xarici işlər nazirləri bir neçə raund görüş keçirib. Dövlət başçımız da Davosda Ermənistanın baş naziri ilə saat yarım söhbət edib. Rəsmi İrəvanın ziddiyyətli bəyanatlarına baxmayaraq, müsbət dinamikanın elementləri hiss olunur. Amma nəticələr haqqında nəsə demək hələ ki, tezdir.

Armen Sarkisyan Almaniyada çıxış edərkən bildirib ki, tərəflərin münaqişəni həll etmək üçün sülhdən başqa yolu yoxdur. Bu, bizim üçün Amerikanı yeni kəşf etməkdir. Lakin biz özümüz də istəmərik ki, Qarabağda yenidən müharibə alovlansın. Elə buna görə də 25 ildir, danışıqlar formatındayıq. Ona görə biz uzun illər ərzində çalışırıq ki, diplomatik, dinc yolla bu məsələni həll edək. Ermənistan isə nə torpaqları azad edir, nə münaqişənin həllinə maraq göstərir, nə də ki, beynəlxalq hüquq normalarına əməl edir. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Əgər erməni tərəfi müharibənin alovlanmasından narahatdırsa, onda bunu nəzərə alaraq nəticə çıxarmalıdırlar".

Politoloq bildirib ki, Armen Sarkisyanın bu çıxışını Ermənistanın geri addımı kimi dəyərləndirmək olmaz:

"Açıq deyim, mən bu çıxışı müsbət addım kimi dəyərləndirə bilmərəm. Çünki burada niyyət başqa da ola bilər. Əgər Ermənistan düşünürsə ki, müharibənin alovlanmaması üçün torpaqları azad etmək lazımdır, o zaman bu çıxışı müsbət dəyərləndirmək olar. Amma əgər hesab edirlərsə ki, torpaqlar azad olunandan sonra Dağlıq Qarabağda müstəqil bir dövlət qurulacaq və bu məsələ yekun mərhələsinə gəlib çatacaq, o zaman yanılırlar. Mən bu həqiqətləri nəzərə alıb bu yanaşmanı irəli sürürəm".

Fikrət Sadıxovun sözlərinə görə, Armen Sarkisyanın bu çıxışı Nikol Paşinyanla arasında dərin ziddiyyət yaratmayacaq:

"Onların məsələyə yanaşma forması başqa cür olsa da, məzmunca eyni fikirləri səsləndirirlər. Sarkisyan daha yumşaq ifadələrlə fikirlərini çatdırır. Paşinyan isə daha ziddiyyətli və sərt bəyanatlar səsləndirir.
Amma hər bir halda, onlar Dağlıq Qarabağı müstəqil dövlət kimi görmək istəyirlər. Azərbaycan isə buna heç vaxt imkan verməyəcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar