Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu, Qarabağın qaytarılması ilə nəticələnəcək... - Rusiyadan sensasion xəbərdarlıq

Tarix: 10-01-2019 20:23     Baxış: 4204 A- / A+
Bu, Qarabağın qaytarılması ilə nəticələnəcək...

"ABŞ və Böyük Britaniya Ermənistanda yüksək fəallıq göstərir. Bu neqativ haldır. Çünki Rusiya ilə hərbi əməkdaşlığın itirilməsi avtomatik olaraq Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə nəticələnəcək. Ermənistanın indiki hakimiyyəti bunu anlamır".

Manevr.az
publika.az-a istinadla xəbər verir ki, bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.
Yevseyev iddia edir ki, Dağlıq Qarabağda müharibənin alovlanması toqquşmaların Azərbaycan-Ermənistan sərhədinə də keçməsi ilə nəticələnə bilər.
"Həmçinin, Azərbaycan və Türkiyə ordularının birgə hərəkət edəcəyi də istisna deyil. Bu baxımdan, Ermənistan hakimiyyəti Rusiya bazalarının əhəmiyyətini anlamalıdır. Bu bazalar ilk növbədə Türkiyənin ambisiyalarının qarşısını alır. Buna görə də Rusiya və Ermənistan arasındakı hərbi əməkdaşlığın zəifləməsi İrəvanı ciddi təhlükələr altına qoyacaq. Dağlıq Qarabağ Azərbaycana qaytarılsa, bu ermənilərin qəzası olacaq. Ermənilər Ermənistanda niyə yaşadıqlarını anlamayacaqlar, hətta diasporun heç bir əhəmiyyəti qalmayacaq", - deyə o bildirib.
Yevseyev qeyd edib ki, Rusiya Ermənistanın yeganə zəmanətçisidir: "Rusiya olmasa, Ermənistanı nə ABŞ, nə Böyük Britaniya, nə də NATO qorumayacaq. Ermənistanın əhalisi faktiki olaraq cəmi 2,3 milyondur, onlar 10 milyonluq Azərbaycanın qarşısında dayana biləcəklərmi?! Bu mümkün deyil. Situasiya yetişsə, Azərbaycan təkcə yeddi rayonu yox, bütövlükdə Qarabağı qaytaracaq".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar