Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kreml bununla İrəvana “kiçik xəbərdarlıq” etdi

Tarix: 08-01-2019 09:32     Baxış: 3226 A- / A+
Kreml bununla İrəvana “kiçik xəbərdarlıq” etdi

Ermənistan xarici və təhlükəsizlik siyasətində Rusiyanın mənafelərini nəzərə almazsa, təbii qazın qiymətində gözlənilmədən artım yaşana bilər.

Manevr.az
xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Paşinyan hökuməti üçün daxili siyasətin ən problemli məsələlərindən biri Ermənistanın Rusiyadan təbii qaz idxalıdır:

“Rusiya təbii qazın Ermənistana hər min kub metrini 165 dollara satacaq. Bu ötən ilki qiymətdən 15 dollar bahadır. Qiyməti Rusiya baxımından dəyərləndirsək, o qədər də baha deyil, amma Ermənistan baxımından dəyərləndirildiyində 15 dollar büdcəyə təsir edəcəyi kimi, pərəkandə satışda istehlakçılar da bahalaşmanı hiss ediləcəkdir. Ermənistanın elektrik enerjisi istehsalında təbii qazın payı 60 faizə yaxındır, bu, eyni zamanda elektrikin də qiymətinin bahalaşması deməkdir. Ermənistanda bir kub metr təbii qaz vətəndaşlara 100 dram (600 kub metr limitlə, təxminən 20 sent) limiti keçdikdə isə 135 drama satılır. 2016-cı ilə qədər Ermənistan təbii qazın hər min kub metrini kiçik istehlakçıya 210-292 dollara, böyük həcmli istehlakçıya isə 212-242 dollara satırdı. Ermənistanın illik təbii qaz idxalı təxminən 1,3-1,5 milyrad kub metrdir. Əsas tədarükçüsü Rusiya olsa da, İrandan da müəyyən miqdarda qaz alır. Amma İrandan aldığı təbii qazı birbaşa istehlakçıya satmaq haqqı yoxdur. Ermənistan bu qazdan elektrik enerjisi əldə edir və xalqa satır. Ermənistan İran ilə müqavilə bağlayarkən Rusiya müdaxilə etmiş və İrandan alınacaq təbii qazın sadəcə elektrik enerjisi istehsalında istehlakı şərtini qəbul etdirmişdi”.

Politoloqun sözlərinə görə, Rusiyanın təbii qazın qiymətini 15 dollar bahalaşdırması Ermənistan üçün kiçik bir xəbərdarlıq kimi də dəyərləndirilə bilər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar