Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Zaxarovanın açıqlaması diplomatik gedişdir və Paşinyana “kreativ” təzyiqdir..."

Tarix: 20-12-2018 07:41     Baxış: 3224 A- / A+
"Zaxarovanın açıqlaması diplomatik gedişdir və Paşinyana “kreativ” təzyiqdir..."

Ekspertlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kreativ ideyaların hazırlanması ilə məşğuldur.

Bunu “Vestnik Kavkaza”nın müxbirinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı dediyi “Nizamlanma üçün əsas formalaşdıracaq kreativ ideyalar tapmağa çalışacağıq” sözləri ilə bağlı sualına cavab verərkən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:

“Məsələ də ondadır ki, gələcəkdən söhbət gedirdi, yəni bu cür ideyalar hazırlanmallı və kreativ olmalıdır. Məhz bu cür kreativ ideyalar dəstəklənəcək. İndi ekspertlər bunun üzərində işləyir”.

Görəsən, bu kreativ ideyalar nədən ibarətdir və doğrudanmı rəsmi Moskva nəhayət 24 il sonra ermənipərəst mövqedən imtina edərək tərəfsiz vasitəçi kimi münaqişənin ədalətli həlli istiqamətində hər hansı addım atmağa hazırdır?


Manevr.az
xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl mövzu ətrafında moderator.az-a danışarkən Rusiyanın səmimiliyinə o qədər də inanmadığını deyir:

"Qarabağ ətrafında hərəkətlənmə haqqında müəllif yazılarımdan birində qeyd etmişdim. Əlbəttə, Ermənistanda baş verən “məxməri inqilab”ın nəticəsində hakimiyyətə gəlmiş Paşinyan iqtidarının burda müəyyən rolu var və Dağlıq Qarabağ probleminə yanaşmada fərqli yeni baxış olmasa da, gündəmi daha çox zəbt etməsi təbiidir və son vaxtlar hər iki ölkənin siyasi həyatında Qarabağ mövzusunun prioritet olduğu müşahidə olunur.

Mariya Zaxarovanın çıxışı Rusiya Federasiyası XİN-in rəhbəri Sergey Lavrovun Bakıya son səfərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli barədə söylədiyi “..nizamlanma üçün əsas formalaşdıracaq kreativ ideyalar tapmağa çalışacağıq” bəyanatının davamıdır. Zaxarova jurnalistin sualına verdiyi cavabda da nazirə istinad etdiyini gizlətməyib. O bildirib: “Məsələ də ondadır ki, gələcəkdən söhbət gedirdi, yəni bu cür ideyalar hazırlanmalı və kreativ olmalıdır. Məhz bu cür kreativ ideyalar dəstəklənəcək. İndi ekspertlər bunun üzərində işləyir”.

Qarabağ üçün kreativ ideyalar haqqında ilk dəfə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov danışsa da, bu kreativliyin mahiyyəti hələ o vaxtlar da, indi də Azərbaycan ictimaiyyətinə tam olaraq açıqlanmayıb və bu gün də Rusiya diplomatlarının hansı “kreativ ideyalar” axtardığını və bu ideyaların Azərbaycanın maraqlarını, yəni ərazi bütövlüyünü təmin edəcəyi sual altındadır. Lavrovun da, Zaxarovanın da açıqlaması diplomatik gedişdir və “kreativ” yanaşma Paşinyana təzyiq təsiri bağışlayır. Bu təzyiqin nə vaxta qədər çəkəcəyi Paşinyanın yürüdəcəyi perspektiv siyasətdən asılıdır. Ona görə də, Rusiya diplomatlarının açıqlamalarını Qarabağ probleminin ”ölü nöqtədən tərpədəcək gəlişmə” kimi dəyərləndirmək çətindir. Zaxarovanın “ ..indi ekspertlər kreativ ideyalar üzərində işləyir” ifadəsi yeni sual yaradır: əcəba, nədən 24 ildə ATƏT-in Minsk qrupunun, konkret olaraq Rusiyanın ağlına “kreativ ideyalar” gəlməyib? Ermənistandakı yeni siyasi durum Rusiyanı hələ də narahat edir.

Qeyd edim ki, Lavrovun son səfərində Ermənistanla “.. ərazisində xarici hərbi qüvvə olmayacaq” razılaşması sənədinin hazırlanması haqqında bəyanatı da Paşinyan hakimiyyətinə təzyiqin tərkib hissəsi saymaq olar.

Bu situasiyadan Azərbaycan faydalana bilərmi, “kreativlik” kimin marağına xidmət edəcək kimi suallar cəmiyyəti maraqlandıran və narahat edən məsələdir. Bu mənada 2019-cu ili “ problemin həlli üçün əlverişli zaman” etmək üçün Azərbaycan diplomatiyasının üzərinə böyük vəzifələr düşür.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar