Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya liderləri İnstaqramda: İlham Əliyevin səhifəsi öndədir - FOTO

Tarix: 11-12-2018 07:00     Baxış: 3228 A- / A+
Dünya liderləri İnstaqramda: İlham Əliyevin səhifəsi öndədir - FOTO

BCW (Burson Cohn & Wolfe) piar-agentliyi apardığı “World Leaders on Instagram” tədqiqatı vasitəsilə dünya liderləri, hökumət nümayəndələri və beynəlxalq təşkilatların sosial şəbəkələrdəki fəaliyyətini araşdırıb.


Manevr.az
xəbər verir ki, hesabat illik “Twiplomacy” tədqiqatına əsaslanır. İlkin olaraq əsas diqqət “Tvitter”ə yönəldilsə də, daha sonra tədqiqat "Facebook" və "İnstaqram" kimi platformalarda da genişləndirilib.

Tədqiqat çərçivəsində İnstaqramda Azərbaycan prezidentinin və xarici işlər nazirinin səhifəsi də daxil olmaqla, 426 hesabın durumu analiz edilib.

Hesabata əsasən, 12 ay ərzində Azərbaycan prezidentinin hesabında 142 post (gündə 0,39 giriş) paylaşılıb. Səhifədə statuslardan 139-u fotolarla (bütün postların 98%-i), 3-ü video ilə (2%) yerləşdirilib. Statuslar ümumilikdə 1 milyon 40 min 994 “like” və şərh toplayıb. Onlardan 1 milyon 38 min 135-i “like”, 2 min 859-u şərhdir (bir posta 7 min 331 “like” və şərh). 12 ay ərzində auditoriya 65 min 420 nəfər (38,18%) artaraq 236 min 749 nəfər istifadəçi təşkil edib.

Azərbaycanın XİN hesabı isə hesabat dövründə 74 posta 29 min 163 “like” və “comment” toplayıb. İzləyici sayı 773 nəfər artaraq ümumilikdə 1304-ə (145,57% artım) çatıb.

Hesabatın nəticələrinə əsasən, istifadəçi sayına görə postovet məkanı ölkələrinin dövlət nümayəndələrinin ilk beşliyinə Rusiyanın baş anziri Dmitri Medvedyev ( 2 milyon 914 min 474 istifadəçi), Özbəkistan prezidenti Şavkat Mirziyeyev (831 min 692 istifadəçi), Azərbaycan prezidenti İlham Əliyev (236 min 749), Ukrayna prezidenti Petro Poroşenko (123 min 649), Qazaxıstanın baş naziri Baxıtcan Saqintayev (77 min 923) daxildir.

Daha sonra Moldova prezidenti İqor Dodon (41 min 870), Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan (13 min 803), Ukraynanın baş naziri Vladimir Qroysman (25 min 391) və Gürcüstanın xarici işlər naziri David Zalkaliani (1174) gəlir./teleqraf.com
Dünya liderləri İnstaqramda: İlham Əliyevin səhifəsi öndədir - FOTO

Dünya liderləri İnstaqramda: İlham Əliyevin səhifəsi öndədir - FOTO




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar