Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əliyev Belarusda kansler kimi qarşılandı – Rusiya KİV

Tarix: 20-11-2018 14:45     Baxış: 3262 A- / A+
Əliyev Belarusda kansler kimi qarşılandı – Rusiya KİV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa səfəri Rusiya mətbuatında geniş işıqlandırılıb. Azərbaycan və Belarus arasındakı yaxın münasibətlər, ticarət-iqtisadi, hərbi əlaqələrin inkişafından bəhs edilib.


Manevr.az
axar.az-a istinadən xəbər verir ki, Rusiyanın məşhur “Komsomolskaya Pravda” nəşrində Gennadi Mojeykonun bu mövzudakı məqaləsində İlham Əliyevin Belarusda böyük hörmət və təmtəraqla qarşılandığı xüsusilə qeyd olunub. Ölkə başçısı İlham Əliyevə 2015-ci ildə Belarusa səfər etmiş Angela Merkelə olduğu kimi, Lukaşenkonun ən yaxşı zirehli avtomobilinin verildiyi, Əliyevin “Merkeldən sonra bu diqqətə layiq görülən ilk lider” olduğu bildirilib.

Belarus prezidentinin İlham Əliyevin görüşünə böyük önəm verməsi və “Belarusun Əliyevin səfərini gözləməsi” barədə fikirləri məqalədə xüsusi xətt təşkil edib.

“Komsomolskaya Pravda” Azərbaycan prezidentinin səfərinin Ermənistanla Belarus arasında KTMT baş katibi postu uğrunda yaranan gərginlik fonunda baş tutmasını diqqətçəkən məqam kimi təqdim edib. Lukaşenkonun Azərbaycan səfirinə KTMT Baş katibliyinə namizədlər barədə danışmasından narazılığını ifadə etmiş Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın sözlərinə Belarus XİN-in verdiyi kəskin reaksiya da məqalədə qeyd olunub. Belə ki, Nikol Paşinyanın Lukaşenkodan izahat tələb edəcəyi barədə fikirlərinə münasibət bildirən Belarus XİN-in mətbuat katibi Anatoli Qlazın Paşinyanın özünü “beynəlxalq prokuror” hesab etməsi və böyük siyasətdə küçə demokratiyası qanunlarının qəbuledilməz olması barədə sözləri xatırladılıb.

Müəllif görüşün əsas mövzularından birinin də Ermənistanın bütün etirazlarına baxmayaraq, rəsmi Minskin Azərbaycana satdığı “Polonez” yaylım atəş sistemləri olduğunu qeyd edib. Bu mövzunun prezidentlərin təkbətək qapalı görüşü zamanı müzakirə edilə biləcəyini yazan nəşr İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə görə Belarus prezidentinə təşəkkür etdiyini bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev 18-19 noyabrda Belarusda səfərdə olub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar