Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır” - Sergey Lavrov

Tarix: 19-11-2017 21:52     Baxış: 6367 A- / A+
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə prezident Vladimir Putinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.

Manevr.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan XİN başçısı deyib.
"Siz bu yaxınlarda Tehranda Rusiya Federasiyasının prezidenti ilə görüşdünüz. Bu, noyabrın 1-də olub. O, sizə ən xoş salamlarını çatdırır. Böyük məmnuniyyətlə sizinlə əlaqələri xatırlayır", - deyə Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiya Azərbaycanla əldə olunmuş bütün razılaşmaları yerinə yetirmək məsələsinə sadiqdir.

"Biz böyük məmnuniyyətlə ticarət dövriyyəsinin artmasını qeyd edirik. Bzim statistikaya görə, ilk doqquz ay ərzində bu göstərici 60 faizdən çox olub. Bu, bir neçə il əvvəl ticarət dövriyyəsinin enməsi tendensiyasını geri çevirmək və templəri artırmaq üçün ciddi addımdır", - deyə S.Lavrov əlavə edib.

O, həmçinin bu il Stavropolda uğurla keçirilən regionalararası forumu da xatırladıb. Lavrov bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsindən çıxış yolu tapmaqda və nizamlanmanın təmin edilməsində maraqlıdır.report

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar