Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pentaqon: “Türkiyənin hava zərbələrindən gec xəbər tutduq”

Tarix: 27-04-2017 10:09     Baxış: 3475 A- / A+
Pentaqon:


ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın sözçüsü polkovnik Con Dorrian İraq və Suriyanın şimalında PKK terror təşkilatının varlığından xəbərdar olduqlarını bildirib.
Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriya ərazisində PKK terror təşkilatının hədəflərini vurmasından danışan polkovnik bildirib ki, Türkiyə onları hava hücumu ilə bağlı son anda məlumatlandırıb.

Bu səbəbdən müttəfiq qüvvələri bölgədən çıxarmağa vaxt qalmayıb: “Hücuma bir saatdan da az qalmış məlumat verildi. Bu, yetərli vaxt deyil. İŞİD-ə qarşı koalisiya ortağı və bir müttəfiqdən gözlənilən koordinasiya yox, sadəcə məlumatlandırma idi”.

Con Dorrian deyib ki, ABŞ əsgərləri Suriyada vurulan hədəflərin 10 kilometrliyində olublar və Pentaqonun hava hücumlarının nə vaxt və hara ediləcəyindən xəbəri olmayıb. Amerikalı hərbçi onu da əlavə edib ki, PKK bir terror təşkilatıdır və mövcud olduğu hər yer üçün problemdir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada kürd terror təşkilatlarının hədəflərinə hava zərbələri endirib. Bombardman nəticəsində 70-də çox terrorçunun məhv edildiyi bildirilir.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar