Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Sarkisyanı heç kim ciddi qəbul etmir" - erməni analitik

Tarix: 24-08-2016 21:02     Baxış: 1480 A- / A+

Fransanın strateji tədqiqatlar institutunun eksperti Kayts Minasyan Serj Sarkisyan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə irəli sürülmüş "üç şərt" barədə fikirlərini bildirib.

"Sarkisyanı heç kim ciddi qəbul etmir"



"Aprel müharibəsindən sonra Serj Sarkisyan "üç şərt" irəli sürdü ki, bunlardan biri özündə münaqişə zonasında beynəlxalq nəzarət sxemlərinin tətbiqini ehtiva edir. Sarkisyan həmçinin bildirib ki, bu şərtlər yerinə yetirilməyincə danışıqlar növbəti mərhələyə keçə bilməz. Mən Minsk Qrupunun həmsədrlərinin və ümumilikdə, dünya ictimaiyyətinin Serj Sarkisyana nə qədər ciddi yanaşdıqlarını bilmirəm", - analitik bildirib.

"Birinci dəfə deyil ki, o, hansısa şərtləri "irəli sürür", lakin heç bir irəliləyiş görmürük. Yadınızdadırsa, hələ 2010-cu ildə Qazaxıstanda Sarkisyan bəyan etmişdi ki, Azərbaycan "DQR"ə qarşı hücumlarını davam etdirərsə, Ermənistan dərhal Qarabağın müstəqilliyini tanıyacaq. O vaxtdan artıq altı il keçib, bu vaxt ərzində Qarabağ ətrafında vəziyyət daha da kəskinləşib, Sarkisyanın sözləri isə söz olaraq qalıb. O özü özündən soruşmalıdır: "Mənə, mənim sözlərimə və bəyanatlarıma beynəlxalq təşkilatlar və bütövlükdə dünya ciddi yanaşırmı?" Elə indi də, "üç şərt"i irəli sürməzdən əvvəl o özünə bu sualı verməli idi. İndi o, mütəmadi olaraq hansısa qarşılıqlı güzəştlərdən danışır və heç kim bilmir, bunlar olacaqmı, ya yox, heç kim anlamır ki, onun bəyanatlarını necə qarşılasın. Bütün sual da məhz bundan ibarətdir", - K.Minasyan deyib.

virtualaz.org

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar