Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Hamının maskadan istifadə etməsinə ehtiyac yoxdur” - TƏBİB rəsmisi

Tarix: 27-02-2020 22:01     Baxış: 4282 A- / A+
“Hamının maskadan istifadə etməsinə ehtiyac yoxdur” - TƏBİB rəsmisi


"Hamının qoruyucu maskadan istifadə etməsinə qətiyyən ehtiyac yoxdur".

Manevr.az xəbər verir ki, bunu "Real TV"-yə müsahibəsində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, maskadan xəstələr istifadə etməlidir:

"Söhbət təkcə koronavirus xəstəsindən getmir. Bu dəqiqə bütün dünyada olduğu kimi, ölkəmizdə də yuxarı tənəffüz infeksiyalarının çox yayıldığı bir vaxtdır. Biz adam asqıranda, öskürəndə, üzünə baxıb bilmirik ki, bu koronavirus daşıyıcısıdır, yoxsa yox. Bütün xəstə şəxslər maskadan istifadə etməlidirlər ki, ətraflarında olan insanları qorusunlar.

Tövsiyə olunur ki, əllər 20 saniyə müddətində sabun və su ilə yuyulsun. Bunu tez-tez etmək lazımdır. Çalışaq ki, bu günlərdə əllə salamlaşmayaq. Əlimizi yumadan gözümüzə, ağzımıza vurmayaq. Əlin içinə asqırıb, daha sonra qapı, metro, avtobus dəstəyindən tutmaq olmaz. Asqıranda, bunu dirsəyin iç tərəfinə, büküşünə doğru etmək lazımdır. Öskürən şəxslərlə təmasdan qaçmaq lazımdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar