Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qış mövsümündə bu qidalar qəbul edilməlidir - Video

Tarix: 01-01-2020 14:01     Baxış: 3240 A- / A+
Qış mövsümündə bu qidalar qəbul edilməlidir - Video


Soyuq günlər yaxınlaşdıqca xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək lazımdır. Bunun üçün A, E və S vitaminləri qəbul edilməsi faydalıdır. Bibər, ispanaq, limon və narıngi C vitamini ilə zəngindir. E vitamini isə daha çox yağlarda, o cümlədən balıq yağında və fındıq meyvəsində daha çox üstünlük təşkil edir.

Manevr.az xəbər verir ki, bu barədə həkim-diyetoloq Ləman Süleymanova bildirib.

Onun dediyinə görə, qış mövsümü zamanı balanslaşdırılmış qida qəbul edilməlidir. Əlbəttə ki, hər kəsin fərqli seçimi ola bilər, lakin səhər yeməyinin bir dilim qızardılmış tost çörək, yumurta, 4 zeytun, bir qədər pendir və ya kəsmikdən ibarət olması daha çox məsləhətdir. Xüsusilə qış mövsümündə orqanizm tələb etmədikdə də mümkün qədər çoxlu su, gün ərzində 10-14 stəkan içilməlidir.

“Qış fəslində Omeqa-9 yağından istifadə etmək tövsiyə olunur. Lakin pəhriz rejimində olanlar Omeqa-3 yağına üstünlük verməlidirlər. Naharda ət yeyilibsə, şam yeməyi zamanı balıq, toyuq, göbələk kimi zülallarla zəngin qidalardan istifadə edilməsi daha yaxşıdır. Həmin qidaları sevməyənlər paxlalı bitkilərdən - qarğıdalı, noxud, lobyadan daha çox istifadə etməli və ya onları salatlara əlavə edib yeməlidirlər”, - deyə həkim-diyetoloq fikrini yekunlaşdırıb.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar