Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Balıq yağını qida əlavəsi kimi qəbul edəkmi? - Yeni ARAŞDIRMA

Tarix: 08-12-2019 21:12     Baxış: 4258 A- / A+
Balıq yağını qida əlavəsi kimi qəbul edəkmi? - Yeni ARAŞDIRMA


Dərman, daha doğrusu qida əlavə kimi çox geniş istifadə olunan balıq yağının faydalı xüsusiyyətlərinin olmadığı məlum olub.

Manevr.az e-tibb.az-a istinadən bildirir ki, Britaniyada nəşr olunan "British Journal of Psychiatry"də balıq yağının faydalı xüsusiyyətlərinin olmadığını ortaya qoyan məqalə dərc olunub.

Alimlər hesab edir ki, bu əlavələrin balıq yağının bütün faydalı xüsusiyyətlərini özündə əks etdirməsi barədə deyilənlər sadəcə, reklamdır.

Məqalədə bildirilir ki, əlavənin istifadəsi ilə bədəndə hansı dəyişikliklərin baş verdiyini aydınlaşdırmaq üçün 30 klinik tədqiqat zamanı əldə edilən məlumatlar təhlil edilib.

Tədqiqatda izlənilən 41.500 yetkinlik yaşında olan şəxsdən 30%-i depressiyadan və ya artan narahatlıqdan əziyyət çəkirmiş. İştirakçılar qruplara bölünüb.

Bəziləri altı ay ərzində Omega-3 yağ turşuları olan qida əlavəsi, bəziləri isə Omega-3-lə zəngin olan qoz-fındıq və yağlı dəniz balıqları yeyiblər.

Bir neçə ay sonra, alimlər əlavə yağ qəbul edən xəstələrdə heç bir ciddi dəyişiklik baş vermədiyi, bəzi iştirakçılarda narahatlıq simptomunun keçmədiyi qənaətinə gəliblər.

Qidalanma üzrə mütəxəssislər bildirir ki, dərmanlar kimi, balıq yağı da mütəxəssis tərəfindən təyin edilməlidir. Qan laxtalanması zəif gedən və antikoagulyant dərman qəbul edən insanlar üçün balıq yağının qəbulu qəti qadağandır.

Pankreatit və xolesistit varsa, mütəxəssislə məsləhətləşməlisiniz. Yanlış qəbul edilərsə, mədə və bağırsaqların əks reaksiyası mümkündür. Yəni ürək bulanması, başgicəllənmə və ishalla qarşılaşa bilərsiniz.

Bəs Omeqa-3 yağını hansı qidalardan əldə etmək olar?

Yağlı balıqları həftədə iki dəfədən çox olmayaraq yemək məsləhətdir. Qızılbalıq, sardina və siyənək qəbul etmək lazımdır. Balıq yemək yağ turşularının lazımi dozasını almaq üçün kifayət edəcək.

Menyuya dəniz kələmi və yosun daxil etmək də tövsiyə olunur. Kətan yağı və onun toxumları da Omeqa -3-lə zəngindir.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-dan olan alimlər balıq yağının şəkərli diabet xəstəliyini müalicə etdiyini açıqlamışdılar.

Mütəxəssislər bu məhsuldan imtina etməməyi məsləhət görmüşdülər. Onlar balıq yağı ilə bağlı geniş bir araşdırma apararaq onun təsəvvür edə biləcəyimizdən daha faydalı olduğunu bildiriblər.

Təcrübələr zamanı məlum olub ki, balıq yağı insan orqanizminə heç bir mənfi təsir göstərmir. Endokrinoloqlar yalnız doza və qəbul qaydalarına əməl etməyi məsləhət görüblər...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar