Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

HƏKİM XƏBƏRDARLIĞI : Öskürək əleyhinə siropları uşaqlara verməyin

Tarix: 19-12-2016 16:40     Baxış: 4462 A- / A+
HƏKİM XƏBƏRDARLIĞI


Havalar bir azca soyuyan kimi uşaqların çoxu öskürməyə başlayır. Təbii ki, valideynlər də dərhal təşvişə düşərək, uşağa soyuq dəydiyini zənn edir və öskürəyin keçməsi üçün hər vasitəyə əl atırlar. Öskürək heç də hər zaman soyuqdəymənin əlaməti deyil. Bəzən düzgün nəfəs almamağın, virusun, alllergiyanın da nəticəsi ola bilər.

Öskürək tənəffüs yollarına düşmüş yad maddələrə qarşı əmələ gələn bədənin özünümüdafiə mexanizmidir. Virusların, bakteriyaların hücumuna məruz qalaraq, yaxud allergen reaksiya kimi tənəffüs yollarında seliyin miqdarı artır, bundan da qurtulmaq üçün orqanizm öskürək reaksiyası verir. Valideynlərin də çoxu uşağın öskürdüyünü görən kimi əsas səbəbi öyrənmədən aptekə gedərək əczaçının məsləhət gördüyü dərmanı, siropu alıb uşağa verməyə başlayır. Bəzən bu özbaşına müalicə təsadüf nəticəsində müsbət təsir göstərir, bəzənsə öskürək azalmaq əvəzinə daha da artır.

Pediatr Günay Rəsulova deyib ki, həkim məsləhəti olmadan aptekdən öskürək əleyhinə dərman alıb uşağa içirtmək yolverilməzdir. İlk növbədə öskürəyin yaranma səbəbi tapılmalıdır: “Öskürəyin yaranma səbəbləri arasında tənəffüs sistemi xəstəlikləri - sinusit, bronxit və pnevmoniya, mədə-bağırsaq xəstəlikləri – reflyuks, ağciyərlərin irsi, anadangəlmə xəstəlikləri, anomaliyaları, vərəm, allergik xəstəliklər, astma və başqa xəstəliklər dura bilər. Ona görə də öskürək başlayan zaman əsas səbəbi tapıb, ona uyğun müalicə aparılmalıdır. Öskürək əleyhinə nəzərdə tutulmuş siropları uşaqlara verməzdən öncə mütləq həkimlə məsləhət edin. Yerli-yersiz istifadə edilən "öskürək siropları" öskürəyi daha da artıra, körpələrdə isə obstruksiya, boğulma verə bilər. Öskürəyi olan uşaq pediatr tərəfindən müayinə olunub, uyğun müalicə təyin edildikdən sonra belə, öskürək bir müddət, hətta 2 aya qədər də davam edə bilər. Odur ki, müalicənin effektini gözləyərək, əlavə dərman preparatlarının istifadəsinə tələsməmək lazımdır”.

Həkimin sözlərinə görə, öskürəyi olan uşağa kömək etmək məqsədilə bol maye verilməsində fayda var. Su ən yaxşı bəlğəm durulaşdırıcıdır, uşağın vəziyyətinin yüngülləşməsində çox kömək olur. Bundan başqa uşaqları çox ağır öskürəklə özünü büruzə verən göy öskürək kimi infeksion xəstəliyindən qorumaq üçün peyvəndlər mütləq edilməlidir.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar