Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Süni mayalanma qadınlarda xərçəng yaradır? - Həkimdən AÇIQLAMA

Tarix: 04-10-2019 14:43     Baxış: 3215 A- / A+
Süni mayalanma qadınlarda xərçəng yaradır? - Həkimdən AÇIQLAMA

Hazırda ailə quran bəzi cütlüklər var ki, bir çox səbəblərdən təbii yolla övlad sahibi ola bilmirlər. Buna görə də alternativ variant olan süni mayalanma yolunu seçirlər. Məhz bu üsulla xeyli ailə körpə sahibi olsa da, onkoloqlar iddia edirlər ki, süni mayalanma sonralar qadınlarda beyin xərçənginə qədər gətirib çıxara bilir.

Doğurdanmı süni mayalanma ziyanlıdır? Bu proses hansı fəsadlara yol aça bilər ?

Mövzu ilə bağlı mama-ginekoloq Rəşad Sultan modern.az-a danışıb.

“Süni mayalnma etdirərkən yaxın dönəmdə hiperstimulyasiya - çoxsaylı yumurta yetişməsiylə əlaqədar bədəndə ciddi su itkisi, böyrək, qaraciyər çatışmazlığı, hətta ölüm riski olan vəziyyət yarana bilər. Bundan başqa, uşaqlıqdankənar hamiləlik, çoxdöllü hamiləlik və buna bənzər risklər də artır. Uzaq dönəmdəki risk: aylarla davam edən yumurta yetişdirmə uzun illər sonra yumurtalıq xərçəngi riskini cüzi artırır. Yumurta toplama prosedurasının da edilən müdaxiləyə uyğun, hər əməliyyatda olduğu kimi, qanaxma və infeksiya riskləri var. Xalq arasında düşünüldüyü kimi, verilən dərmanların hansısa hormonal balansı pozucu bir təsiri olmur. Bu dediklərimdən əlavə isə başqa risk və zərərlər yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar