Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yapon alimlərindən İNANILMAZ ARAŞDIRMA - Beyini gücləndirən qida tapıldı

Tarix: 15-07-2019 23:08     Baxış: 3193 A- / A+
Yapon alimlərindən İNANILMAZ ARAŞDIRMA - Beyini gücləndirən qida tapıldı

İnternetdə asanlıqla daha yaxşı səhər yeməyi üçün məsləhətlər tapa bilərsiniz. Onlardan bəziləri sizi təəccübləndirə və ya qorxuda bilər. Digər qrupu isə gülünc görünə bilər.
Manevr.az xəbər verir ki, nəticələri “Bədən və Soul” jurnalında nəşr olunan bir araşdırmaya görə, səhər yeməyində dondurma yemək intellektual inkişafınıza kömək edir. Məlum olub ki, bu ləziz deserti səhər yesəniz, inanılmaz bonuslar qazana bilərsiniz.

Tədqiqat Tokiodakı Kerin Universitetinin professoru Yoşihiko Koqanın rəhbərliyi altında aparılıb. Təcrübə iştirakçılarının yarısı hər səhərlər 3 qaşıq dondurma yeyib. Könüllülərin ikinci yarısı isə adi səhər yeməyi ilə qidalanıb.
Yapon alimlərindən İNANILMAZ ARAŞDIRMA - Beyini gücləndirən qida tapıldı

Nahardan sonra bütün iştirakçılara kompüterdə testlər yerinə yetirmək tapşırılıb. Dondurma yeyən könüllülər testləri daha rahat həll edib. Onlarda konsentrasiya daha güclü olub, odur ki, testlərdən daha tez keçiblər. Professor Koqa deyir ki, dondurma konsentrasiyaya faydalı təsir göstərir və beyin funksiyasını yaxşılaşdırır.

Yapon fizioloqunun sözlərinə görə, o, əldə etdiyi nəticələrə dair daha bir sıra kliniki eksperimentlər həyata keçirib. Sonra tədqiqatı soyuq su ilə təkrarlayıb. İştirakçılara oyandıqdan dərhal sonra bir stəkan soyuq su içmək təklif edilib.

Bu eksperimentdə də konsentrasiyanın yaxşılaşması qeydə alınıb. Ancaq göstəricilər dondurma kimi effektli olmayıb.

Əlbəttə ki, uşaqlıqdan sevərək yediyimiz dondurmada xüsusi bir şey var. Ola bilsin ki, bütün sirr bu şirniyyata olan həssaslığımızdan asılıdır. Lakin uzun müddətli və gündəlik olaraq səhərlər dondurma yeməyin faydalarını müəyyən etmək üçün əlbəttə ki, əlavə tədqiqat lazımdır.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar